Ötən gün vəfat edən xalq artisti Yalçın Rzazadənin Fəxri Xiyabanda deyil, Lənkəranda dəfn edilməsi sosial şəbəkələrdə narazılığa səbəb olub.

“Yalçın Rzazadənin harada dəfn ediləcəyi ilə bağlı dünən ailəsi ilə də müzakirələr apardıq. Son qərar o oldu ki, xalq artisti Lənkəranda, qardaşının yanında dəfn olunacaq. Nazirliyin nümayəndəsi də mərasimdə iştirak edəcək. Bununla yanaşı Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondu təşkilatı və maddi dəstək göstərəcək”.
Qeyd edək ki, Y.Rzazadə fevralın 22-də uzun sürən xəstəlikdən sonra 74 yaşında dünyasını dəyişib.
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər