Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7370

Digər sorğular

Hərbçilərin maaşları ilə bağlı məsələ MM-də qaldırılıb

12:18  |    23 Fevral 2021  |   E-mail  |  Çapa göndər


“Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra hərbçilərə verilən maaşlarla bağlı radikal dəyişiklik edilib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.

Deputat bildirib ki, Müdafiə Nazirliyi və Maliyyə Nazirliyindən bununla bağlı açıqlama verilib: “Ancaq nəzərə almalıyıq ki, hərbçilərimiz Qarabağda yenə də çox ağır şəraitdə Vətənə qulluq edirlər. Yaxşı olar ki, qanunvericilikdə də bununla bağlı dəyişiklik edək. Çünki orada ikiqat ödənişlərin verilmə qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik etmək zərurəti yaranır. Yaxşı olar ki, Milli Məclis buna münasibət bildirsin”.

Spiker Sahibə Qafarova bildirib ki, hazırda Qarabağ döyüş bölgəsi deyil.

Deputat Ziyafət Əsgərov isə bildirib ki, hərbçilərin maaşı ilə bağlı məsələ yeni hazırlanan qanun layihəsində əksini tapacaq: "Müvafiq qurumlarla da müzakirələr aparılır. Qanun layihəsi hazırlandıqdan sonra təqdim edəcəyik”.

Z. Əsgərov bu məsələnin “Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsində əksini tapacağını deyib.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.03.2021
“Qaçqınkom” məcburi köçkünlərlə bağlı məlumat yaydı
06.03.2021
“SMS icazə bərpa edilməlidir, başqa yol yoxdur” - AÇIQLAMA
06.03.2021
Qənirə Paşayeva bir qrup hərbi yönümlü QHT rəhbəri ilə görüşüb - FOTO
06.03.2021
Xəzərdə dalğanın hündürlüyü 7,5 metrə çata bilər - Xəbərdarlıq
06.03.2021
Azadlığa çıxan Mübariz Mənsimovdan AÇIQLAMA