Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7372

Digər sorğular

Ermənistan müxalifəti Paşinyanla bağlı sabaha plan hazırlayır

23:48  |    22 Fevral 2021  |   E-mail  |  Çapa göndər

Ermənistanın müxalif "Vətənin qurtuluşu Hərəkatı" Yerevanın mərkəzindəki “Fransa” meydanında etiraz aksiyasını başa çatdırıb.

“Report” xəbər verir ki, bu barədə TASS bildirib.

"Bu gün aksiyamızı qurtarırıq. Bizdə məlumatlar var ki, baş nazir Nikol Paşinyan sabah saat 11:30-da hökumət binasının 3-cü korpusuna gələcək. Biz girişləri bloklamalıyıq və onu buraxmamalıyıq. Axşam isə mitinqə başlayacağıq", - hərəkatın nümayəndəsi İşxan Saqatelyan bildirib.

Bu gün Yerevanda Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyasında bir neçə min insan iştirak edib. Müxalifət tərəfdarları dövlət əleyhinə şüarlar oxuyaraq Yerevanın küçələri ilə yürüş təşkil ediblər.

Qeyd edək ki, Ermənistanda 10 noyabrdan Paşinyanın istefasına çağırış tələbləri ilə etiraz aksiyaları səngimir. Müxalifət onu Qarabağ müharibəsindəki məğlubiyyətdə ittiham edir. Paşinyan habelə ölkədəki iqtisadi və sosial problemlərdə günahlandırılır.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.03.2021
Erməni qadınlar Paşinyanın təbrikini qəbul etmədilər - FOTO
08.03.2021
Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd edib – VİDEO
08.03.2021
Badamdardakı torpaq sürüşməsinin təfərrüatları – VİDEO
07.03.2021
Xaçmazda dönərxanada zəhərlənmə: 17 yaşlı gənc öldü
07.03.2021
Bakıda qadının üzərinə dəmir düşdü, hadisə yerində öldü - VİDEO