Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7370

Digər sorğular

Bayden ABŞ-da 5 günlük matəm elan etdi

23:17  |    22 Fevral 2021  |   E-mail  |  Çapa göndər

ABŞ prezidenti Cozef Bayden Birləşmiş Ştatlarda koronavirus qurbanlarının sayının 500 minə çatması ilə əlaqədar ölkədə matəm elan edib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Cen Psaki bildirib.

Onun sözlərinə görə, ölkədə bayraqlar 5 günlük endiriləcək. Müxtəlif qurumların statistikasına əsasən ABŞ-da koronavirus qurbanlarının sayı 500 min nəfərə çatıb.

TMZ nəşri bildirib ki, Birləşmiş Ştatların İkinci Dünya, Vyetnam və Koreya müharibələrindəki itkilərinin sayından çoxdur. Nəşrin iddiasına görə, İkinci Dünya müharibəsində 291 min amerikalı həlak olub. Daha 47 434 Amerika hərbçisi Vyetnamdakı müharibənin qurbanına çevrilib. Birləşmiş Ştatlar eləcə də Koreya müharibəsində 33 739 əsgər və zabitini itirib.

Lakin pandemiya itkilərinin hələ yaxın günlərdə 500 min nəfərə çatacağını bildirən qurumlar da var.

Daha əvvəl Ağ Ev rəhbəri bildirib ki, ABŞ-da koronavirusdan ölən insanların ümumi sayı yaxın günlərdə 500 min nəfəri keçəcək. "Bir neçə gün sonra 500 000 sayı keçəcəyik. Bu, İkinci Dünya Müharibəsində öldürülən amerikalıların sayından təxminən 70 000 çoxdur", - ABŞ rəhbəri deyib.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.03.2021
Alimdən koronavirusla bağlı diqqətçəkən AÇIQLAMA
06.03.2021
İraqlı ərəblər Roma Papasını görün necə qarşıladı - VİDEO
06.03.2021
Helikopter qəzasında şəhid olan general haqda: hadisədən 1 saat əvvəl...
06.03.2021
Britaniyanın baş naziri: En sevdiyim sağlam yemək kababdır
06.03.2021
Putinin köməkçisi koronavirusa yoluxub