Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7370

Digər sorğular

Azərbaycanın müasir texnikalarla çıxdığı sərgidə onlar buklet nümayiş etdi - FOTO

19:54  |    22 Fevral 2021  |   E-mail  |  Çapa göndər

Dünyanın ən böyük hərbi-texniki sərgilərindən biri olan İDEX-2021-in açılışına ermənilər bukletlərlə çıxıblar.

Oxu.Az-ın məlumatına görə, bu barədə sərgidə iştirak edən jurnalistlərə istinadən erməni saytları xəbər verib. Bildirilir ki, Azərbaycana məğlub olduqdan sonra Ermənistan öz “döyüş gücünü” bukletlərdə göstərib.

Jurnalistlərin sözlərinə görə, stendin icarəsi üçün dövlət büdcəsindən külli miqdarda vəsait ayrılmasına baxmayaraq, Ermənistanın sərgidə iştirakını təşkil edən Yüksək Texnologiyalar Sənayesi Nazirliyi sərgi nümunələrinin maddi-texniki təminatını hesablamağı və təşkil etməyi bacarmayıb.

Qeyd edək ki, tədbirdə Azərbaycandan nümayəndə heyəti də iştirak edir. Sərgidə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, atıcı silahlar, minaatanlar, müxtəlif çaplı və təyinatlı döyüş sursatları, “İtiqovan” kamikadze tipli pilotsuz uçuş aparatları və s. daxil olmaqla 106 adda müdafiə təyinatlı məmulat nümayiş olunur.

Azərbaycan böyük müstəvidə sərgilədiyi yeni silah nümunələrinin yanında Ermənistan “hərbi sənayesinin” “müasir döyüş maşınları” barədə bukletləri onların acınacaqlı vəziyyətini əyani şəkildə bir daha nümayiş etdi.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.03.2021
“Qaçqınkom” məcburi köçkünlərlə bağlı məlumat yaydı
06.03.2021
“SMS icazə bərpa edilməlidir, başqa yol yoxdur” - AÇIQLAMA
06.03.2021
Qənirə Paşayeva bir qrup hərbi yönümlü QHT rəhbəri ilə görüşüb - FOTO
06.03.2021
Xəzərdə dalğanın hündürlüyü 7,5 metrə çata bilər - Xəbərdarlıq
06.03.2021
Azadlığa çıxan Mübariz Mənsimovdan AÇIQLAMA