Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7359

Digər sorğular

Qənirə Paşayeva şəhid Səid Cəfərovun anası ilə görüşüb

17:15  |    22 Fevral 2021  |   E-mail  |  Çapa göndər


MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva qəhrəman şəhidimiz Səid Cəfərovun anası ilə görüşüb

Qaziler.az bildirir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Neftçala rayonu, Xolqarabucaq kənd sakini, Vətən Müharibəsinin şəhidi Səid Zəfər oğlu Cəfərovun anası Könül xanım Cəfərova ilə
Mədəniyyət Komitəsində görüşüb, şəhidin döyüş yolu ilə maraqlanıb, ürək sözlərini bölüşüb:
"Əziz şəhid anası,
Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş hərbçimizin anasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid anaları haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid hərbçimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Biz bilirik ki, hərbçi olmaq Səid Cəfərovun uşaqlıq arzusu olub. O öz arzusunu gerçəkləşdirərək, Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin Baş çavuşu olub.
2019-cü ildə qardas Türkiyədə Jandarma Komando Özəl Asayiş Komutanlığında kurs keçmiş, kursda fərqləndiyinə görə "Təqdir Bəlgəsi" ilə təltif edilmiş Səid Cəfərov, ölkədaxili təlimlərdə də həmişə fəal iştirak edərək fərqlənib, "Fəxri fərman"larla təltif olunub.
Vətən Müharibəsinin ilk günündən döyüşlərdə olan Səid, Murovdağ, Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Tuğ, Şuşa istiqamətində fədakarlıqla döyüşüb. Növbəti döyüş başlamadan öncə Səidin bacısına yazdığı "Əgər bu gün bu torpaqlar işğaldan azad edilməsə, gələcək nəsillər bizə nifrət edər!" ismarıncı onun vətəncanlılığını, hərbçi məsuliyyətini parlaq şəkildə ifadə edir. Şəhid oğlunuz Azərbaycan Prezidentinin Sərəncamları ilə "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Səid kimi Vətən oğullarının həyatının ədəbi, bədii əsərlərə mövzu olacağına inanıram.
Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycan tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün təşəkkür edirik"!
Şəhid zabitin ailəsinə Komitə adından Məktub və xatirə hədiyyəsi təqdim edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.02.2021
Əcnəbi jurnalistlərin Füzuli və Cəbrayıla səfərləri başlayıb
27.02.2021
“8 Noyabr” metro stansiyası ilə bağlı MƏLUMAT
27.02.2021
İtkin düşən polkovnik-leytenantın şəhid xəbəri gəldi
27.02.2021
Azərbaycanda vəzifəli şəxs vəfat edib - FOTO
26.02.2021
Qənirə Paşayeva “Unudulmaz faciə” adlı sərginin açılışında çıxış edib