Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7359

Digər sorğular

Qənirə Paşayeva şəhid Vüsal Şirinovun atası ilə görüşüb

16:45  |    22 Fevral 2021  |   E-mail  |  Çapa göndər


MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva qəhrəman şəhidimiz Vüsal Şirinovun atası ilə görüşüb

Qaziler.az bildirir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi Vüsal Şirinovun atası, Qusar rayonunun Ləgərqışlaq kənd sakini Novruz Şirinovla Milli Məclisdə görüşüb. Görüşdə Axıska Türklərinin "Vətən" İctimai Birliyinin başqanı İsmayıl Rəhimov, Birliyin Şimal bölgə başqanı Səlimcan Rizmanov iştirak edib.

Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş 18 yaşlı əsgərin atasına müraciət edən Q.Paşayeva, əsgərin döyüş yolu və ailənin qayğıları ilə maraqlanıb, öz ürək sözlərini bölüşüb:

"İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid əsgərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərkən şəhid olan oğlunuz Azərbaycan Prezidentinin Sərəncamları ilə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə və Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Vüsal kimi gənclərimizlə hər zaman qürur duyacağıq!
Tanrımıza şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşmən ağır məğlubiyyətə uğradılıb. Bu tarixi zəfər münasibəti ilə Sizi, doğmalarınızı bir daha təbrik edir, vətənpərvər övlad böyütdüyünüz üçün Sizə təşəkkür edirik"!
Şəhid atasına Komitə adından Məktub və xatirə hədiyyələri təqdim edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.02.2021
İtkin düşən polkovnik-leytenantın şəhid xəbəri gəldi
27.02.2021
Azərbaycanda vəzifəli şəxs vəfat edib - FOTO
26.02.2021
Qənirə Paşayeva “Unudulmaz faciə” adlı sərginin açılışında çıxış edib
26.02.2021
Atakule zirvəsi Xocalı soyqırımı şəhidlərinin xatirəsinə Azərbaycan və Türkiyə bayraqları ilə işıqlandırılıb
26.02.2021
Şəhid ailələri yeni mənzillərində - VİDEO