Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7370

Digər sorğular

Dövlət büdcəsindən Fonda transfert məbləği azalıb

16:38  |    22 Fevral 2021  |   E-mail  |  Çapa göndər


Son 3 ildə DSMF gəlirlərində 39%, o cümlədən sosial sığorta haqları üzrə
daxilolmalarda 70% artım qeydə alınıb

Aparılan məqsədyönlü sosial-iqtisadi islahatların müsbət nəticələri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2018-2020-ci illər üzrə gəlirlərində qeydə alınmış ciddi artımlarda da öz təsdiqini tapır.
Bu dövrdə DSMF gəlirlərində 39% və ya 1 mlrd. 327 mln. manat artım qeydə alınmaqla, gəlirlər 2020-ci ildə 4 mlrd. 748 mln. manat təşkil edib.
Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta (MDSS) haqları üzrə daxilolmalar 70% və ya 1 mlrd. 467 mln. manat artaraq ötən il 3 mlrd. 553 mln. manata çatıb. MDSS haqları üzrə Fonda daxilolmalarda artım dövlət sektoru üzrə 84%, özəl sektor üzrə 63% səviyyəsində özünü göstərib.

DSMF gəlirlərində yığımın mütəmadi artımı, sosial təminat sistemində şəffaflığın təminatı və Fondun fəaliyyətinin optimallaşdırılması sahəsində ardıcıl tədbirlər Fondda 2018-ci ildə 22 mln. manat, 2019-cu ildə 197 mln. manat və 2020-ci ildə 235 mln. manat ehtiyat vəsaitin yaranmasına imkan verib.

Sosial ödənişlərin ciddi şəkildə optimallaşdırıldığı və təkmilləşdirildiyi, son 3 ildə əhaliyə ödənişlərin 1,3 milyard manat artdığı şəraitdə dövlət büdcəsindən dövlət öhdəliklərinin ödənilməsi üçün DSMF-yə transfert məbləği son üç ildə 10% azalıb. Əgər 01.01.2018 tarixinə dövlət büdcəsindən ödənilən bu məbləğ DSMF büdcəsinin 38,1 faizini təşkil edirdisə 2020-ci ildə bu rəqəm 26 faizə düşmüşdür. Beləliklə DSMF-nin maliyyə müstəqilliyi və dayanıqlılığı gücləndirilmişdir.

Artım dinamikası fərdi uçot sistemi ilə əhatə olunanların sayının da çoxalması ilə müşahidə olunub. Fərdi şəxsi hesabı olanların sayı 2018-2020-ci illərdə 24% artaraq 3 542 131 nəfərdən 4 382 297 nəfərə çatıb.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.03.2021
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi - FOTO
04.03.2021
Azərbaycan diasporu qazilərə əlil arabaları bağışlayıb
04.03.2021
Yaşa görə pensiyaların orta aylıq məbləği 361 manata çatıb
03.03.2021
DOST mərkəzlərində 303 mindən çox şəxsə xidmət göstərilib
02.03.2021
Qazi Camal Alxasova təqaüd kartı təqdim edilib - FOTO