Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7370

Digər sorğular

Qarabağdakı sülhməramlılar hazırda konkret nə ilə məşğuldur?

13:58  |    22 Fevral 2021  |   E-mail  |  Çapa göndər


Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd edilib ki, 27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir.

Atəşkəs bütün istiqamətlərdə müşahidə olunur.

Məlumatda vurğulanıb ki, rus sülhməramlıları insanların yaşayış yerlərinə təhlükəsiz qayıtmasını və mülki infrastrukturun bərpasını təmin edir, əhaliyə humanitar yardım göstərir.

Ümumilikdə, 14 noyabr 2020-ci ildən bu yana 52 700 nəfər Dağlıq Qarabağdakı yaşayış yerlərinə qayıdıb.

Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi işləri davam etdirilir. Gün ərzində 13 hektar ərazi, 4 km yol, 15 tikili təmizlənib, 43 partlayıcı aşkar olunaraq məhv edilib. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 1474 hektar ərazi, 457 km yol, 1440 tikili, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 24 870 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Rus sülhməramlıları Azərbaycan Silahlı Qüvvələrinin altı avtomobil karvanının təhlükəsiz keçidini təmin edib. Onlardan dördü şimal və cənub istiqamətində Laçın dəhlizindən, eyni zamanda Şuşa-Qırmızı bazar-Qacar kəndi marşrutu boyunca və biri əks istiqamətdə müşayiət edilib.

Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq məqsədilə səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı əlaqə saxlanılır. (Virtualaz.org)
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.03.2021
Cəbrayılın Papı kəndindən görüntülər - VİDEO
06.03.2021
Qubadlıda DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb
06.03.2021
Zəngilanın Qaradərə kəndindən görüntülər - VİDEO
05.03.2021
“Onlar dedilər ki, Xocalı istiqamətində ciddi təhlükə gözlənilir...”
05.03.2021
Ağdamın Tağıbəyli kəndinin görüntüləri - VİDEO