Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7372

Digər sorğular

Azərbaycanın dövlət borcu açıqlandı

18:17  |    19 Fevral 2021  |   E-mail  |  Çapa göndər

Maliyyə Nazirliyinin məlumatı...

Bu il yanvarın 1-nə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycanın birbaşa xarici dövlət borcu 8 100,4 milyon ABŞ dolları və yaxud 2020-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 19 %-ni, dövlət müəssisələrinin cəlb etdiyi xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 721,1 milyon ABŞ dolları və yaxud ÜDM-in 1,7 %-ni təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8 821,5 milyon ABŞ dolları (14 996,5 milyon manat) və yaxud ÜDM-in 20,7 %-ni təşkil edib.

Qazilər.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.

Ötən ilin sonuna birbaşa daxili dövlət borcu 1 726 milyon manat və yaxud ÜDM-in 2,4 %-i, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 216,3 milyon manat və yaxud ÜDM-in 0,3 %-i, daxili dövlət borcu 1 942,1 milyon manat və yaxud ÜDM-in 2,7 %-i qədər olub.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.03.2021
Azərbaycan əsilli iş adamı 1 həftəyə 1,2 milyard dollar qazandı
08.03.2021
Daha bir şəhidin yeni doğulan övladına hesab açıldı - FOTO
07.03.2021
BDYPİ küləkli hava ilə əlaqədar sürücülərə müraciət edib
06.03.2021
İqtisadi Şura maliyyə sabitliyi ilə bağlı qərar qəbul etdi
06.03.2021
Bakıda üç fərqli nöqtədə yarmarka təşkil olundu - QİYMƏTLƏR