Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7370

Digər sorğular

AAAF-ın vitse-prezidenti Tofiq Heydərov istefa verib

15:48  |    19 Fevral 2021  |   E-mail  |  Çapa göndər

Tofiq Heydərov Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti vəzifəsindən istefa verib.

Bu barədə "Report"a AAAF-ın mətbuat katibi Kənan Məstəliyev bildirib. Onun sözlərinə görə, T.Heydərov 2020-ci ilin yanvar ayından etibarən postundan ayrılıb.

K.Məstəliyev bir qrup ağırlıqqaldıranın federasiya prezidenti Cahangir Əsgərova müracətinə də münasibət bildirib. O, müraciət məktubu ilə tanış olduqlarını söyləyib: "Əvvəla qeyd edək ki, bu etiraz yox, müraciətdir, bunu da normal qarşılayırıq. Nizamnaməyə uyğun olaraq, Olimpiya tsikli başa çatandan sonra hesabat-seçki konfransının keçirilməsi labüddür. Sadəcə, məktubu imzalayanlar informasiyanı tam verməyiblər".

Federasiya rəsmisinin sözlərinə görə, hesabat-seçki konfransının indiyədək keçirilməməsi pandemiya ilə əlaqədardır: "Olimpiya tsikli hələ bitməyib. Həmçinin burada qeyd olunduğu kimi, heç də bütün ölkələrdə seçki konfransı keçirilməyib. Belələri çoxdur. Ən yaxın misal, qonşu Türkiyədir. Onlar da öz hesabat-seçki konfransları bu il keçiriləcək Tokio 2020 Yay Olimpiya Oyunlarından sonra təşkil etməyi qərara alıblar. Səbəb isə çox sadədir: pandemiya. Dünyada tüğyan edən koronavirus pandemiyası şəraitində müxtəlif ölkələrdə müxtəlif izolyasiya qərarları qəbul edilir və kütləvi toplaşma məsələlərində çətinliklər var. Bu baxımdan, ölkəmizdəki vəziyyət də konfransın tam formada təşkilinə imkan vermir. Çünki bu mərasimin özünün xüsusi prosedur qaydaları var və onların yerinə yetirilməsi lazımdır. Üstəlik, hesabat-seçki konfransı adətən Olimpiya Oyunlarından sonra keçirilir. Yarış isə hələ baş tutmayıb. Hesabat-seçki konfransının Tokio 2020 Yay Olimpiya Oyunlarından sonra keçirilməsi nəzərdə tutulub".

Qeyd edək ki, Tofiq Heydərov 2017-ci ilin dekabrında AAAF-ın vitse-prezidenti seçilib və Azərbaycan millisinin baş məşqçi vəzifəsindən istefa verib. Hazırda baş məşqçi vəzifədə Asif Məlikov çalışır.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.03.2021
Bakıda "Formula 1" yarışının keçirilmə müddəti daha bir il uzadıldı
01.03.2021
Şəhriyar Məmmədyarov FİDE reytinqində irəliləyib
25.02.2021
"Qarabağ" Xocalı soyqırımına görə oyuna xüsusi forma ilə çıxdı
23.02.2021
Anatoli Banişevskinin 75 yaşı tamam olur
23.02.2021
Azərbaycanda klub vitse-prezidenti dünyasını dəyişdi