Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7370

Digər sorğular

Teymur Rəcəbov 3-cü oldu

23:00  |    14 Fevral 2021  |   E-mail  |  Çapa göndər


Bu gün “Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirinə yekun vurulacaq.

Qol.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi yarışın 3-cü mərhələsində üçüncü yeri tutub.

34 yaşlı qrossmeyster 3-cü yer uğrunda görüşdə fransalı Maksim Vaşye-Laqravla ikinci sınağına çıxıb.

Bu rəqiblə ilk oyun günündə 2,5:1,5 hesablı üstünlüklə ayrılan Rəcəbov bu gün ilk iki partiyasını da qələbə ilə başa vurub. Nəticədə ikinci oyun günündə ən azı 2:2 hesablı heç-heçəni təmin edən azərbaycanlı qrossmeyster iki günün yekununda üstün tərəf kimi cütün qalibi olub.

Final oyununda norveçli Maqnus Karlsenlə ABŞ şahmatçısı Uesli So qarşılaşır. Tərəflər arasındakı görüşün ilk günündə qalib müəyyənləşməyib - 2:2 (0,5:0,5; 1:0; 0,5:0,5; 0:1). Bu gün isə üstünlük Sonun tərəfindədir - 1,5:0,5.

Qeyd edək ki, "Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

Teymur Rəcəbov Çempionlar Turunun 2-ci mərhələsinin qalibi olmuşdu.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.03.2021
Bakıda "Formula 1" yarışının keçirilmə müddəti daha bir il uzadıldı
01.03.2021
Şəhriyar Məmmədyarov FİDE reytinqində irəliləyib
25.02.2021
"Qarabağ" Xocalı soyqırımına görə oyuna xüsusi forma ilə çıxdı
23.02.2021
Anatoli Banişevskinin 75 yaşı tamam olur
23.02.2021
Azərbaycanda klub vitse-prezidenti dünyasını dəyişdi