Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7359

Digər sorğular

Xalq artisti Eldar Quliyevin səhhəti ilə bağlı açıqlama

12:30  |    25 Yanvar 2021  |   E-mail  |  Çapa göndər

İnfarkt keçirərək Respublika Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilən xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevin səhhətində irəliləyişlər var.

Qazilər.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev deyib.

O bildirib ki, həkimlər xalq artistini ağır durumdan çıxarmaq üçün əllərindən gələni edirlər: "Eldar müəllimin yanaşı xəstəlikləri də olduğu üçün bir neçə istiqamətdə həkimlər tərəfindən müayinə və müalicələr aparılır. Hazırda qismən danışa bilir, huşu aydındır. Amma əvvəl insanları tanımaqda çətinlik çəkirdi".

Ə.Vəliyev xalq artistinin Prezident İlham Əliyevin ona ünvanladığı təbrikdən xəbərdar olduğunu və təşəkkür etdiyini bildirib: "Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova xalq artisti Eldar Quliyevlə telefonla danışıb və Prezident İlham Əliyevin təbrikini çatdırıb".

Qeyd edək ki, Eldar Quliyev yanvarın 18-i, 80 illik yubileyi günü infarkt keçirərək xətəxanaya yerləşdirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.02.2021
İtkin düşən polkovnik-leytenantın şəhid xəbəri gəldi
27.02.2021
Azərbaycanda vəzifəli şəxs vəfat edib - FOTO
26.02.2021
Qənirə Paşayeva “Unudulmaz faciə” adlı sərginin açılışında çıxış edib
26.02.2021
Atakule zirvəsi Xocalı soyqırımı şəhidlərinin xatirəsinə Azərbaycan və Türkiyə bayraqları ilə işıqlandırılıb
26.02.2021
Şəhid ailələri yeni mənzillərində - VİDEO