Vətən müharibəsində şəhid olan baş leytenant Ağayev Elçin Zakir oğlunun üçüncü qız övladı dünyaya gəlib.

Şəhid yaxınlarının verdiyi məlumata görə, Elçin Şuşanın azadlığında iştirak etməyi arzulayıb, bu şəhəri görmək istəyib. Buna görə də onun yeni doğulan övladına Şuşa adı verilib.
Qeyd edək ki, 1993-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olan Elçin Ağayev Heydər Əliyev adına Ali Hərbi Məktəbi başa vuraraq, öz xahişi ilə xidməti vəzifəsini cəbhə bölgəsində davam etdirib və 4 il bölük komandiri işləyib.
Zabitimiz ötən il oktyabrın 6-da Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə", “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.


Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər
08.03.2021 |
Naxçıvanın keçmiş daxili işlər naziri həbs edildi |
08.03.2021 |
Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA |
08.03.2021 |
Gəncədə sürücülərə xəbərdarlıq edildi |
08.03.2021 |
Sinəsini güllə qabağına verən şəhid xanımlarımız |
08.03.2021 |
Nazir qadınlar haqqında yazdı |