Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7372

Digər sorğular

Erməni zabitlərin tamah saldığı Şelli kəndi - Nar bağları, istixanalar, əkin sahələri - VİDEOREPORTAJ

18:17  |    24 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


"Yeni Müsavat"ın reportyor qrupu Ağdama növbəti səfər zamanı Şelli kəndinə də yollanıb.

Şelliyə getməmişdən əvvəl kəndin məşhur nar bağları haqda çox eşitmişdik. Şelliyə çatana qədər yolboyu gözümüzün qarşısında xarabalığa çevrilmiş kənd canlanır. Düşünürük ki, ermənilər bu kəndi də viran qoyub. Evləri dağıdıb, ağacları məhv edib, daş üstündə daş qoymayıb.

Amma düşündüklərimizin tam əksi bir mənzərə ilə qarşılaşırıq. Bu kənddə salamat evlər, bağlar görürük. Düzünü desək, çox da təəccüblənirik.

Əvvəlcə haqqında çox danışılan nar bağlarına üz tuturuq. Kənddə demək olar ki, bütün evlərin həyətində nar ağacları var. Şellinin müxtəlif yerlərində salınan ucsuz-bucaqsız nar bağları da göz oxşayır.

Ağacların üstündə bar var. Amma narların çoxunu şaxta vurub. Axtarıb sağlamlarını tapa, məşhur Şelli narının dadına baxa bilirik.

Ermənilər Şelli narının qədrini bilib və yaxşıca qazanc əldə ediblər. Əsasən də Ermənistanda şərabçılıqda Şelli narı bazarlarda yaxşı tanınıb.

Şellinin bol məhsullu nar bağları ermənilərin bu kəndə marağını xüsusi edib. Xeyli sayda erməni ailəsi burada məskunlaşıb, təsərrüfatla məşğul olub. Öyrənirik ki, burada əsasən erməni zabitlər təsərrüfat saxlamaqa maraqlı olub.

Bu kənddə yeni salınan bir neçə yeni nar bağlarını da görürük. Nar bağlarından əlavə heyvandarlıq da burada geniş yayılıb. Kənd ərazisində bir neçə böyük istixana, hektarlarla tütün və qarğıdalı sahələri də diqqətimizi çəkir.

Kənddə məskunlaşan ermənilər yeni binalar və evlər də inşa ediblər. Ağdam təhvil veriləndə isə mümkün olan qədər evlərdən və təsərrüfatlardan apara bildiklərini aparıblar. Qapı, pəncərə, dam örtükləri, elektrik dirəkləri, istixanalardakı avadanlıqlar və s. Bəzi evlər isə od vurularaq yandırılıb.

Şelli Ağdamın ən qısa zamanda canlanacaq, abadlaşacaq və sahiblərinə qovuşacaq kəndlərindən biri olacaq.

Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.03.2021
“Şuşa Azərbaycanındır” deyən erməni qadın hədəfə çevrildi
07.03.2021
Gürcüstanda Qarabağ müharibəsi şəhidinin adına bulaq açılıb
07.03.2021
“Qarabağla bağlı razılıq olmasaydı, ordumuz tamamilə məhv ediləcəkdi” - Erməni hərbçi - VİDEO
06.03.2021
Cəbrayılın Papı kəndindən görüntülər - VİDEO
06.03.2021
Qubadlıda DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb