Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7372

Digər sorğular

“Reza Deqati, günümüzün şahidi, Azərbaycanla bağlı xatirələr” adlı vebinar keçirildi - FOTO

20:53  |    21 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


Fransada fəaliyyət göstərən “Alim” Elmi Assosiasiyası və Fransa - Azərbaycan Dialoq Assosiasiyasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş vebinar keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, “Reza Deqati, günümüzün şahidi, Azərbaycanla bağlı xatirələr” mövzusunda təşkil edilmiş vebinarda azərbaycanlı icmasının və fransız ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati 20 Yanvar hadisələri zamanı Bakıya getdiyini və Azərbaycan paytaxtında gördüklərini fotokamerasının lentinə köçürdüyünü bildirib. Bir neçə gün sonra Fransaya qayıdan soydaşımız həmin şəkilləri xarici KİV-lər vasitəsilə yayaraq Bakıda baş verən dəhşətləri dünya ictimaiyyətinin nəzərinə çatdırıb. Fotoqraf təqdim etdiyi hər bir şəklin, eləcə də I və II Qarabağ savaşında çəkdiyi fotoların hekayəsini danışıb.

Tədbir “Facebook” üzərindən canlı yayımlanıb və minlərlə istifadəçi tərəfindən izlənilib.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.03.2021
Həbsdən yeni çıxmış Mübariz Mənsimov azərbaycanlılara səsləndi - VİDEO
04.03.2021
Dünya hərbi hələ bizi çox müzakirə edəcək... - Elgün Gəncimsoy
02.03.2021
Nuru Paşanın vəfatından 72 il ötür
25.02.2021
Xocalı soyqırımı qurbanlarının xatirəsinə işıqlı kompozisiya - VİDEO
24.02.2021
Dünya ölkələrinin intihar reytinqi - Azərbaycan neçənci yerdədir?