Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7359

Digər sorğular

Hərbi qulluqçularımız “Qış təlimi-2021”də iştirak etmək üçün Qarsa yola düşüblər – VİDEO

15:51  |    17 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


Qardaş Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək “Qış təlimi-2021”də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edəcək.

Təlimə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə mərasim keçirilib.

Qaziler.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yolasalma mərasimində Dövlət Himni səsləndirildikdən sonra çıxış edən general-mayor Fazil Ağalarov inkişaf edən Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığından, hər il Naxçıvan və Qars şəhərlərində keçirilən birgə hərbi təlimlərin əhəmiyyətindən, Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı şanlı qələbədən danışaraq “Qış təlimi-2021”də iştirak edəcək bölmələrə uğurlar arzulayıb.

Çıxışların ardından təlimə cəlb edilmiş bölmələr Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yola düşüblər. Araz çayı üzərindəki “Ümid” körpüsündən keçən bölmələrimiz Qars şəhəri istiqamətində hərəkəti davam etdiriblər.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.02.2021
Azərbaycan və Pakistan diaspor gənclərinin əməkdaşlıq perspektivləri müzakirə edilib
26.02.2021
Hulusi Akardan Azərbaycan mesajı: “Bu anlaşma çərçivəsində...”
26.02.2021
Ankarada Xocalı soyqırımına həsr olunan anım mərasimi keçirilib
26.02.2021
Prezident: “Türkiyədə istehsal edilən ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib”
26.02.2021
Tbilisidə Xocalıya həsr edilmiş anım mərasimi və fləşmob təşkil edilib