Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7300

Digər sorğular

Paşayeva bir qrup qazimizlə görüşdü

21:55  |    13 Yanvar 2021  |   E-mail  |  Çapa göndər

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin Tovuz rayonundan olan bir qrup qazisi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Qazilər.az xəbər verir ki, Elçin Süleymanov, Emin Aslanov, Nəsib Rüstəmov, Rövşən Qəşəmov, Abbas Həsənov, Famil Hüseynov, Adil Şirinov, Rabil Əliyev, Hüseyn Həsənov, Ümid Ələsgərovu düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edən Komitə sədri deyib:

“Əziz qazilər! Sizin və cəbhə yoldaşlarınızın fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub.

Sizin şəhid silahdaşlarınızın qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb.

Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edir, yeni təqvim ilində yeni uğurlar diləyirəm”!

Q.Paşayeva qazilərə Mədəniyyət Komitəsi adından təbrik məktubu təqdim edib.

Qazilər Komitə sədri ilə öz cəbhə xatirələrini bölüşüb və səmimi görüş üçün təşəkkür edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.01.2021
Azərbaycanda yaşanacaq çovğunun səbəbi açıqlandı
18.01.2021
Köçkünlər üçün tikilmiş mənzillərin şəhid ailələrinə veriləcəyi vaxt açıqlandı - RƏSMİ
18.01.2021
Yaqut Qarayeva da peyvənd olundu: Artıq yarım saatdan çoxdur ki...
18.01.2021
Rəşid Mahmudov: “O dünyadayam, amma dəf kimiyəm…”
18.01.2021
Pensiyaların artırılması ilə bağlı RƏSMİ AÇIQLAMA