Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7300

Digər sorğular

Koordinasiya Şurası üzvünün Azərbaycanla bağlı məqalələri ABŞ mətbuatında

17:14  |    13 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Mariya Xan-Xoyskaya Martinyolinin qələmə aldığı məqalələrdə Ermənistanla Azərbaycan arasında mövcud olmuş Dağlıq Qarabağ münaqişəsinə ölkə vətəndaşlarının baxışından, İsveç və İsveçrə ilə ticarət münasibətlərinin Azərbaycan üçün əhəmiyyətindən yazılıb.

Diaspora Üzrə Dövlət Komitəsindən Qaziler.az-a bildirilib ki, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Mariya Xan-Xoyskaya Martinyolinin qələmə aldığı məqalələrdə Ermənistanla Azərbaycan arasında mövcud olmuş Dağlıq Qarabağ münaqişəsinə ölkə vətəndaşlarının baxışından, İsveç və İsveçrə ilə ticarət münasibətlərinin Azərbaycan üçün əhəmiyyətindən yazılıb.

27 dekabr 2020-ci il və 6 yanvar 2021-ci il tarixlərində https://republic-underground.com/ saytında yayımlanan məqalələrdə soydaşımız Vətən müharibəsi, Bakı neftinin tarixi, Nobel qardaşları və s. kimi məsələlərə də toxunub.
Məqalələrdə İsveç və İsveçrə ilə Azərbaycan arasındakı siyasi-iqtisadi münasibətlər, ölkələrimizin ticarət və neft-qaz sektorunda tərəfdaş olması, İsveç vətəndaşı olan Nobel qardaşlarının Bakı neft sənayesinə yatırımda iştirak etdikləri, beynəlxalq hüquqa uyğun olaraq rəsmi Bernin və Stokholmun Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıdığı, 27 sentyabr 2020-ci ildə ikinci Qarabağ savaşı başlayarkən neytrallığını saxladıqları, tərəfləri sülhə və regional sabitliyə çağırdıqları vurğulanıb.

Eyni zamanda, müəllif təəssüflə qeyd edib ki, 44 günlük Vətən müharibəsinin gedişində bəzi isveçrəli və isveçli siyasətçilərin, jurnalistlərin tarixi faktları saxtalaşdırmağa cəhd etməsi, Cenevrə bələdiyyə şurasının separatçıların lehinə qərar qəbul etməsi azərbaycanlı icmanın hiddətinə səbəb olub.

Müəllif separatçıların mövqeyini müdafiə edən bəzi siyasətçiləri, bələdiyyə üzvlərini və jurnalistləri Azərbaycan icmasının səsini eşitməməkdə, istənilən dialoqdan qaçmaqda ittiham edib və soydaşlarımızın bu cür haqsızlığa qarşı mübarizəni sonadək davam etdirmək əzmində olduqlarını söyləyib.

Məqalələri daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:

https://republic-underground.com/armenian-azerbaijan-karabakh-conflict-civil-viewpoints-from-switzerland/

https://republic-underground.com/sweden-switzerland-trade-relations_what-it-means-for-azerbaijan/












Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.01.2021
Böyük Səhraya qar yağıb - FOTOLAR
18.01.2021
Rusiya Türkiyə ilə sərhədə hərbçilər göndərdi
18.01.2021
Dünyada koronavirusa yoluxanların sayı 95 milyonu keçdi
17.01.2021
Ukrayna XİN-dən Qara dənizdə batan “Arvin” gəmisi ilə bağlı AÇIQLAMA
17.01.2021
Aleksey Navalnı Moskvada saxlanıldı