Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7304

Digər sorğular

Yanvarın 18-dən sonra karantin rejimi yumşaldılacaq - “İnsanlar qaydalara ciddi riayət edirlər“

16:11  |    13 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


Son bir həftədir ki, Azərbaycanda koronavirusa yoluxanların sayında xeyli azalma müşahidə olunur.

Həftənin statistikasına nəzər yetirsək yoluxma sayının əsasən 500-600 civarında dəyişdiyini görmək olar.

Bəs görəsən sərt karantin rejimi yenə uzadıla bilərmi?

Məsələ ilə bağlı fikirlərini Yenisabah.az-la bölüşən Milli Məclisin deputatı Musa Quliyev bu mövzuda qəti söz deməyin çətin olduğunu bildirib:

“Karantin rejiminin uzadılıb-uzadılmayacağı haqda dəqiq bir şey deyə bilmərəm. Buna Operativ Qərargah qərar verəcək. Mən düşünürəm ki, hər şey yaxşı gedir, yoluxmaların sayı, virusdan ölənlərin sayı azalır. Artıq demək olar ki, sərt karantin öz müsbət nəticəsini verir. Belə davam edərsə, fikrimcə, ayın 18-dən sonra yumşalmalara gedə bilərlər. Yumşalmalar hansı qaydada olacaq bunu Operativ Qərargah deyəcək. Ümumiyyətlə isə kütlə müsbətə doğru gedir, bunu hamımız görürük. Artıq insanlar da karantin qaydalarına ciddi riayət edirlər. İnsanlar arasında kifayət qədər maariflənmə işləri gedib. Vaksinasiyadan sonra proses daha da sürətlə yaxşılığa doğru dəyişəcək. Mən hesab edirəm ki, yanvarın 18-dən sonra karantini yumşaltmaq üçün bizdə kiyafət qədər əsas var”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.01.2021
Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda I yerdədir
20.01.2021
DİN "telegram" kanalında açıq platforma yaradıb
20.01.2021
Vətən müharibəsinin 18 yaşlı şəhidi - VİDEO
20.01.2021
Qənirə Paşayeva şəhid Şəmsəddin Təhməzovun atası ilə görüşüb
20.01.2021
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı - RƏSMİ