Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7300

Digər sorğular

Şəhid ailəsi üzvləri, qazi və digər həssas qruplar sosial-psixoloji dəstəklə əhatə edilir

12:21  |    13 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: şəhid ailəsi üzvləri, qazi və
digər həssas qruplar sosial-psixoloji dəstəklə əhatə edilir

Qaziler.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial dəstək tədbirlərinin bir istiqaməti də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə iştirakçılarının, onların yaxınlarının, müharibədən zərər çəkənlərin sosial-psixoloji dəstəklə təmin edilməsidir.

Ötən il noyabrın 18-dən Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin psixoloq və psixiatrlarından ibarət qrupları qeyd edilən kateqoriyalardan olan 2440 ailəyə səfər ediblər.

İlkin sorğular əsasında ailə üzvlərindən psixoloji problemləri olanlar müəyyənləşdirilib. Onlarla seanslar təşkil edilərək psixokorreksiya işləri aparılır. Bir hissəsi ödənişsiz dərman preparatları ilə də təmin olunub. Eləcə də, Agentliyin 5 psixoloqla fəaliyyət göstərən “Onlayn psixoloji dəstək xidməti”nə (050 406 75 85) daxil olan 600-ə yaxın zəngdən 400-dək zəng üzrə evlərə gedilərək əyani şəkildə psixoloji dəstək göstərilib.

Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində isə 12-si şəhid və yaralı hərbçilərin uşaqları olmaqla 250 şəxsə sosial-psixoloji xidmətlər göstərilib. Bakı Sağlamlıq Mərkəzində müalicə alan 50-dək hərbçidən ehtiyacı olan 17 hərbçi, habelə Sərhəd Qoşunları Hospitalından 11 hərbçi də Agentlik tərəfindən sosial-psixoloji reabilitasiyaya cəlb edilib.







Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.01.2021
Vətən müharibəsi qəhrəmanlarına təqaüdlərin ödənilməsinə başlanılıb
17.01.2021
Daha bir müharibə qazisi yüksək texnologiyalı protezlə təmin olunur
17.01.2021
Ünvanlı sosial yardım necə təyin edilir?
17.01.2021
Daha iki yaralanmış qazimizə dəstək işlərinə başlanıb
15.01.2021
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini şəhid ailələri ilə görüşüb