Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7300

Digər sorğular

Cenevrədə çap edilən kitabda soydaşımızdan bəhs edilib

19:11  |    09 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


Cenevrədə fransızca və ingiliscə dərc olunan kitabda Azərbaycan əsilli İsveçrə vətəndaşı Mariya Azad qızı Xan-Xoyskaya Martinyoli barədə ətraflı məlumat verilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Yazıçı Zahi Haddadın müəllifliyi ilə hazırlanmış “Beynəlmiləl Cenevrə üçün 126 ürək döyüntüsü” adlı kitabda Mariyanın 1989-cu ildə Gəncədə doğulduğu, ABŞ-da təhsil aldığı, Azərbaycan milli rəqslərini ifa etdiyi, ailə həyatı quraraq Cenevrəyə köçdüyü və burada da fəaliyyətini davam etdirdiyi nəzərə çatdırılıb. Onun Cenevrə şəhərində, İsveçrənin başqa kontonlarında, Fransada keçirilən müxtəlif rəsmi tədbirlərdə Azərbaycan xalq rəqslərini ifa etdiyi və mədəniyyətimizin təbliğ edilməsinə yönələn layihələr həyata keçirdiyi vurğulanıb.

Qeyd edək ki, Azərbaycan mədəniyyətini xarici ölkələrdə təbliğ etdiyinə görə Mariya Xan-Xoyskaya Martinyoli 2019-cu ildə Gəncə Dövlət Kukla Teatrının xüsusi diplomuna layiq görülüb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.01.2021
Qarabağ şairinin yaradıcılığı Rusiya ədəbi portalında
11.01.2021
"Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında" sənədli material İran qəzetində
08.01.2021
Bəxtiyar Vahabzadə yaradıcılığı Meksika portalında
15.12.2020
Prezident Ramiz Rövşənə ev hədiyyə etdi
26.11.2020
“Xankəndi necə Stepanakert oldu” xarici KİV-də