Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7310

Digər sorğular

Aqil Abbas: “Ağdama girəndə də, həyətimizdə də ağladım, o mənzərəni təsvir etməyə gücüm çatmaz”

10:38  |    01 Dekabr 2020  |   E-mail  |  Çapa göndər


“O xarabalıqda konsert dünyanın ən möhtəşəm səhnəsi idi” - Ağdama gedən iki məşhurdan açıqlamalar...

Ağdam öz sahibinə qayıtdı. Nəhayət, 27 illik həsrətə son qoyuldu və bu gün şəhər doğma insanlarını qarşılayır - qonaq yox, ev yiyəsi kimi...

Elə ötən həftə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və bir qrup tanınmış insan, “Qarabağ” klubunun futbolçuları, xarici nümayəndələr Ağdama səfər edib, işğaldan sonra şəhərlə görüşüb, ermənilərin xarabalığa çevirdikləri əraziləri gəziblər.

“Yeni Müsavat” xatırladır ki, Ağdamda olarkən xalq artisti Mənsum İbrahimov əməkdar artistlər Elçin Qasımov və Elnur Əhmədovun müşayəti ilə “Qarabağ şikəstəsi” ifa edib.

Bu zaman ağdamlı deputat Aqil Abbas mahnının sədaları altında rəqs edib, duyğulu anlar yaşanıb. Sosial mediada videosu yayılan görüntülər maraqla qarşılanıb.

Hikmət Hacıyev deyib ki, Ağdamda ilk dəfə 1988-ci ildə valideynləri ilə birlikdə toyda olub. O bildirib ki, Ağdam onun xatirində yaşıllıq, bol meyvə ağaclı, gözəl məkan kimi qalıb:

Aqil Abbas: “Ağdama girəndə də, həyətimizdə də ağladım, o mənzərəni təsvir etməyə gücüm çatmaz”

“Amma təəssüf ki, gördüyünüz kimi, ermənilər buraları viran qoyub. Bu vəhşiliyi beynəlxalq ictimaiyyət özü də görəcək. Tezliklə Ali Baş Komandanın rəhbərliyi altında Ağdamda təmir-bərpa və yenidənqurma işləri aparılacaq”.

Ağdama səfərinin təəssüratlarını bizimlə bölüşən xalq artisti Mənsum İbrahimov isə “Yeni Müsavat”a bildirdi ki, hisslərini sözlə ifadə etmək çox çətindir.

Mənsum İbrahimov Strasburqda konsert proqramı ilə çıxış edəcək | Report.az

Mənsum İbrahimov: ““Qarabağ şikəstəsi”ni oxuyanda həmişə içim qan ağlayırdı, öz torpağımızda oxuyanda üzüm gülürdü”

M.İbrahimov qeyd etdi ki, 27 il qoyub getdiyi möhtəşəm şəhərə girmək inanılmaz hadisə idi. Xalq artistinin sözlərinə görə, onlar Ağdamda xarabalıq, “ruhlar şəhəri” görüblər.

“Amma erməni vəhşiliklərini görməyimizlə yanaşı doğma torpağımızın işğaldan azad edilməsi sevincini hiss etdik. Mən söz vermişdim ki, Azan verəcəm.

Düzdür, din xadimi deyiləm, amma ilk dəfə Ağdam məscidində azan verdim, ilk “Qarabağ şikəstəsi” mənim ifamda səsləndi. Əlbəttə ki, çox xoşbəxt oldum, sevinc hissləri keçirdim.

Mən xarabalıq qarşısında ilk konsertimi verirdim. Sizə deyim ki, dünyanı gəzmişəm, amma o xarabalıq önündə konsert vermək dünyanın ən möhtəşəm səhnəsi idi. Çünki doğma torpağımda idim".

M.İbrahimov həmişə çal-çağırlı olan Ağdam kimi bir şəhərdə “Qarabağ şikəstəsi” səsləndirmək böyük xoşbəxtlikdir: “Erməni vandalları şəhəri dağıdıblar. Amma biz Ali Baş Komandanın rəhbərliyi altında, igid əsgərlərimizin əşəhidlərimizin sayəsində düşməndən torpağımızı azad edə bildik.

Ağdam torpağı öz sahibinə qayıtdı. Torpağın sahibi gəldi. Axır ki, haqq öz yerini tapdı. Mən inanıram ki, oranı yenə gözəlləşdirəcəyik, şöhrətini qaytaracağıq, muğam mərkəzləri, dram teatrlar, mədəniyyət evləri tikəcəyik. Buna gücümüz, məhəbbətimiz var.

Biz Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək xalq olaraq həmrəyliyimizi dünyaya göstərdik. Qarabağ torpağı qibləgaha çevrildi.

Çünki bütün bölgələrdən olan igidlərin qanı Qarabağda töküldü. Qarabağ Azərbaycanın Məkkəsinə çevrildi. İnanıram ki, bu birlik sayəsində Ağdam şəhərini də, digər azad edilən ərazilərimizi də bərpa edəcəyik".

M.İbrahimov söylədi ki, Ağdamda olarkən “İmarət”ə gediblər, Pənahəli xanın məqbərəsinə baş çəkiblər, Natəvanın dağıdılmış abidəsinin yerində olublar, Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət ediblər:

“Mənə İsveçin nümayəndəsi dedi ki, həm oxuyurdun, həm üzün gülürdü. Dedim ki, ”Qarabağ şikəstəsi"ni oxuyanda həmişə içim qan ağlayırdı. İndi sahib olduğumuz torpaqda idim, ona görə oxuyanda həm də üzüm gülürdü".

Deputat Aqil Abbas “Yeni Müsavat”a Ağdama səfər təəssüratlarını bölüşərkən bildirdi ki, evlərin dağıdılması bizi üzməməlidir:

“Mən orada xarici nümayəndələrə də söylədim ki, əsas torpaqdır, torpağı aparmayıblar. Sonra evimizə, məktəbimizə getdim.

Hansı hisslər keçirdiyimi ifadə edə bilmərəm. Ağdama girəndə oğluma zəng elədim, ağladım. Həyətimizdə də yoldaşımı yığdım, onda ağladım. O torpaqda olmaq dəhşətli bir şey idi.

Amma hər şeyi dağıdıblar. Bu vəhşilər daş daşı üstə qoymayıblar. Bu nə milləti imiş?! Nəyin qisasını alırdılar?!"

A.Abbasın sözlərinə görə, Ağdamda üç şəhid məzarlığı var: “Onlardan birində oluq. Şəhid qəbirlərini qazıb çıxarıblar, sümükləri də yoxdur. Bu binamuslar nəyin intiqam alıblar, bilmirəm.

Sonra Pənahəli xanın qəbrini ziyarət etdim, məqbərəsində oldum. Amma Natəvanın qəbrini dağıdıblar. Ondan əlavə, “İmarət”ə getdik, simvolik olaraq 15 dəqiqə futbol oynadılar.

Sonra Mənsum İbrahimov oxudu, mən də rəqs elədim. “Qarabağ” komandasının oyunçuları da mənə qoşuldular, oynadıq.

O hissi təsəvvür etmək, bir sözlə demək mümkün deyil. Mən yazıçıyam, amma o mənzərəni təsvir etməyə hələ gücüm çatmaz. Bir onu deyə bilərəm ki, Allah Ali Baş Komandanı və Ordumuzu qorusun!

Çünki orada qurulan istehkamları keçib getmək üçün böyük itki verəcəkdik, sonra Ağdama girəcəkdik. Şükür ki, bir güllə atılmadan geri alındı".

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.01.2021
Şəhidin yeni doğulan övladına Şuşa adı verildi - FOTO
24.01.2021
Qənirə Paşayeva xalq artistini 60 illik yubileyi münasibəti ilə təbrik edib - FOTO
24.01.2021
Qarlı Şuşadan FOTOREPORTAJ
24.01.2021
Dəniz quldurlarının öldürdüyü azərbaycanlının qardaşı danışdı - VİDEO
24.01.2021
Məhkəmə Masallının baş həkimi barədə qərar verdi