Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7300

Digər sorğular

Ermənistan vətəndaş müharibəsi astanasında – “qarabağlı”-“irəvanlı” davası pik həddə

22:58  |    30 Noyabr 2020  |   E-mail  |  Çapa göndər


Ermənistandakı daxili siyasi böhran hərbi məğlubiyyət fonunda dərinləşməkdə davam edir.

Üstəlik, hadisələr çox özünəməxsus bir dönüş alıb: sosial şəbəkələrin erməni sektorunda Qarabağdan olan qaçqınlara qarşı amansız bir təqib başlayıb. Ancaq tam səmimi olsaq, qarabağlılar da heç də hər zaman özlərini mələk kimi aparmırlar.

Sosial şəbəkələrin erməni sektorunda, təxminən bir ay əvvəl Qarabağdan olan bir yetkin erməni qadını və onun qızını öz ailəsində məskunlaşdıran hansısa Anait Ovsepyandan bəhs edilir. İki həftə keçir və onun əri, daha iki qadın və bir qoca kişi də gəlib evə yerləşir. “Mənə elə gəldi ki, evim artıq onlar üçün hotelə çevrilib” - dadın deyib.

Ancaq hərbi əməliyyatlar dayananda , ev sahibəsi qonaqlara qayıtmağın vaxtı gəldiyi barədə eyham vuranda, hadisələr gözlənilməz dönüş alıb: “...Cavabında bu qadından mənim guya “türklər kimi davrandığımı” və onları evdən qovduğumu qışqıraraq təhqir etdiyini eşitdim (Özümüzdən əlavə edək: “Qarabağlılar” bu evin kimə məxsus olduğunu əməlli-başlı unudublar). İş polisə zəng vurmağa kimi gedib çıxdı və “qarabağlılar” üstəlik, “irəvanlıları” “bizi qoruya bilmədiniz, siz qorxaqsınız” deyə təhqir etdilər”.

Ermənistanda xaos başladı – Video

Bu xüsusda gənc bir qadının videosu var. O əmindir ki, Ermənistanda “qarabağlılara” həm ev verəcək, həm də yardım edəcəklər. Ancaq ölən gənclərin bütöv bir nəslini kim qaytaracaq bəs? Nəhayət, “milli birlik” və s. haqda bütün qışqırıqlara baxmayaraq, Ermənistanda qarabağlı soydaşlara heç də həmişə hörmətlə yanaşmayıblar, onları “zatı qırıq“, “dönmələr”, və s. adlandırıblar. İndi isə Qarabağda Ermənistandan olan minlərlə çağırışçı öldüyü halda, Xankəndindən, Hadrutdan və s.-dən İrəvana təkcə qadınlar və uşaqlar deyil, həm də kifayət qədər döyüş qabiliyyətli kişilər gəlirsə, belə qarşıdurmaların olacağı gözlənilən idi.

Lakin burada sadəcə, “məişət davası” söhbəti getmir. Genişmiqyaslı təqiblər hakimiyyətin hər cür tənqidinə cavab olaraq özünü göstərir. Bunun arxasında isə baş nazirin əmri ilə Ermənistanda yaradılan “trol fabrikləri”nin dayandığına əminlik var. Özü də bu mövzu iki il yarım əvvəl, o, baş nazir vəzifəsi tutanda ortaya çıxıb. Bu strukturlar yaxşı qurulmuş sxem üzrə fəaliyyət göstərir: şəbəkədə zəruri məzmunlu statuslar yaymaq üçün saxta hesablar açılır və şəbəkəyə saxta xəbərlərdən tutmuş, təhdid və təhqirlərə qədər, mesajlar buraxılır.

Ermənistanda xaos: etirzaçılar parlament binasını ələ keçirib » Reyting.az

İndi - nə vaxt ki, Ermənistan “kabab fürerinin” rəhbərliyi altında əvvəlcə danışıqları pozdu, sonra isə müharibəni uduzdu, “trollar” geniş fəaliyyətə başlayıb. Hazırda həm “xalq baş naziri”nin ideoloji rəqibləri, həm də “torpaqlarını qorumaq” əvəzinə, İrəvana gəlməkdə günahlandırılan və səlahiyyətlilərdən kömək və yardım tələb edən Qarabağ qaçqınları hədəf götürülüb. İnsani baxımdan xoşagəlməz olan isə odur ki, İrəvanda müntəzəm olaraq toplaşan və hökumətdən öz itkin övladlarının taleyinə aydınlıq gətirməsini tələb edən erməni “zinvarlar”ın yaxınlarına da təhdid və təhqirlər yağdırılır. Üstəgəl, məsələ artıq sosial şəbəkələrdə təhqirlə məhdudlaşmır - birbaşa təhdidlər də eşidilir.

Ermənistanda artıq Baş nazirlik ofisinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzi tərəfindən İrəvanın Respublika Meydanında quraşdırılmış məlumat monitorunda yayılmış bir videonu xatırlayırlar. Videonun qəhrəmanları Paşinyandan yalnız əmr gözləyir və edirlər ki, müharibədəki məğlubiyyətə görə kumirlərini tənqid edənlərlə “qayıdıb məşğul olacaqlar”. Bununla ilgili, yerli politoloqlar və hətta Ermənistan Ombudsmanı Tatoyan Azərbaycan əleyhinə saxta iddialardan bir dəqiqəliyə yayınaraq, qorxmuş şəkildə qışqırıq salıblar: ölkədə nifrət ritorikası yayılır! Dayanmalıyıq!

SENSASİYA: Ermənistanda növbəti dövlət çevrilişi... - XAOS » ailehekimiklinikasi.az

Və onları çətin ki, rəngləri “tündləşdir”: Ermənistan cəmiyyəti həqiqətən vətəndaş müharibəsinə doğru sürünür və belə bir ssenari yerli siyasi terror ənənələri fonunda heç də istisna olunmamalıdır. Xüsusilə də aydın olan odur ki, hadisələrin belə inkişafı Qarabağla bağlı imzalanan üçtərəfli razılaşmanı pozmaq cəhdlərini ciddiləşdirir.

Ancaq buradaca “qaynar” erməni başları yaxşı olar, bir şeyi unutmasınlar: bu razılaşma - Azərbaycan tərəfindən sərt xoş niyyət, Ermənistanın isə açıq kapitulyasiyasıdır. Demək, bu gün atəşkəs rejiminin möhkəmliyi sınağa çəkilməsə yaxşıdır. Əks təqdirdə, nəticələr İrəvan üçün qat-qat ağır və faciəvi olacaq.

Yazının rusca orijinalı bu linkdə.

https://minval.az/news/124062135

Minval.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.01.2021
Ukrayna XİN-dən Qara dənizdə batan “Arvin” gəmisi ilə bağlı AÇIQLAMA
17.01.2021
Aleksey Navalnı Moskvada saxlanıldı
17.01.2021
İsraildə “Pfizer” vurduran 13 nəfər iflic oldu
17.01.2021
Əfqanıstanda silahlılar hakim qadınları güllələyiblər
17.01.2021
Kəşfiyyat məlumatı açıqlandı: koronavirus necə yayılıb?