Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7300

Digər sorğular

İran Qarabağın yenidən qurulması üçün təkliflər irəli sürəcək

20:43  |    30 Noyabr 2020  |   E-mail  |  Çapa göndər


“İran şirkətləri Dağlıq Qarabağın yenidən qurulmasında və bərpasında iştirak etməyə hazırdır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran-Azərbaycan Birgə Ticarət Palatasının rəhbəri Hüseyn Pirmüəzzin deyib.

O bildirib ki, pandemiya dövründə İranın iqtisadi münasibətlərini qoruyub saxlaya bildiyi yeganə ölkə bəlkə də Azərbaycan olub: “Belə ki, müştərək gömrüklərimiz bir gün belə bağlanmayıb. Biləsuvar və Astara gömrükləri bağlanmamaqla yanaşı, ixrac qabiliyyətinin artması da müşahidə olunub. Pandemiyanın başladığı gündən bəri İranla Azərbaycan arasında iqtisadi əlaqələr davam etdirilib, ancaq iki ölkə arasında vətəndaşların gediş-gəlişi qadağan olunub. Hazırda gömrük-keçid məntəqələri 24 saatlıq rejimdə işləyir və ixrac ikitərəfli qaydada həyata keçirilir”.

H. Pirmüəzzin qeyd edib ki, indiyədək Qarabağın yenidən qurulmasında iştirakla bağlı İranla danışıqlar aparılmayıb: “Koronavirus pandemiyasına görə bağlanan yolların açılmasından sonra İran Qarabağın yenidən qurulması üçün təkliflər irəli sürəcək. Azərbaycan və İranın müştərək iqtisadi komissiyasının ilk iclasında bu məsələ ilə bağlı danışıq aparacağıq. Hazırda Qarabağda və sərhəd bölgələrdə fəaliyyət göstərə biləcək İran şirkətlərini toplayırıq”.

O vurğulayıb ki, İran Azərbaycanla bütün sahələrdə, o cümlədən tikinti, iqtisadi, müştərək sənaye şirkətlərin təsis edilməsi sahəsində əməkdaşlıq edə bilər: “Azərbaycan eyni zamanda, Avrasiya və MDB ölkələrinə ixrac istiqamətində tranzit təyinatı sayılır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.01.2021
Hərbi qulluqçularımız “Qış təlimi-2021”də iştirak etmək üçün Qarsa yola düşüblər – VİDEO
16.01.2021
Azərbaycan 63 Ermənistan vətəndaşını yalnız bu şərtlə verə bilər
16.01.2021
Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcək - Ərdoğan
16.01.2021
Əliyev Şuşaya niyə getdi? – Korotçenkodan mühüm şərh
15.01.2021
Ermənistanda qubernator da istefa verib