Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7304

Digər sorğular

Nazirlik qazi Kənanla bağlı açıqlama yaydı - FOTO

19:57  |    30 Noyabr 2020  |   E-mail  |  Çapa göndər


Qələbəmizin qəhrəmanlarından hər hansı birinin çətinliyinin olduğunu öyrəndikdə elə həmin gün onun yanında olur və sosial dəstəyimizi göstəririk.

Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib.

"Qazax rayon sakini, Vətən müharibəsində yaralanmış Musayev Kənan Nadir oğlunun ailəsinin ehtiyacları barədə sosial şəbəkədə yayılan məlumatla əlaqədar bildirim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları artıq həmin ailə ilə görüşüblər. Kənanın ayağı sağaldıqdan sonra o, protezlə təmin olunacaq. Sabah isə ona əlil arabası veriləcək.

Müharibə ilə əlaqədar əlillik dərəcəsi təyin edildikdən sonra Kənana əlilliyə görə müavinət və təqaüd də təyin ediləcək.

Anası Məmmədova Məhəbbət Seyfəddin qızının işsiz olduğu nəzərə alınaraq, o artıq Nazirlik tərəfindən işlə təmin edilib", - deyə nazirlik rəsmisi qeyd edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.01.2021
Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda I yerdədir
20.01.2021
DİN "telegram" kanalında açıq platforma yaradıb
20.01.2021
Vətən müharibəsinin 18 yaşlı şəhidi - VİDEO
20.01.2021
Qənirə Paşayeva şəhid Şəmsəddin Təhməzovun atası ilə görüşüb
20.01.2021
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı - RƏSMİ