Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Ənvər Rzadır.

Ənvər Rza M.F. Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis dili fakültəsində təhsil alıb. Həmin institutda İngilis dili leksikası kafedrasında müəllim, baş müəllim, kafedranın müdiri vəzifəsində işləyib. Sonra institutun nəzdində ilk dəfə olaraq tərcümə kafedrasını yaradıb və ömrünün sonunadək bu kafedranın müdiri vəzifəsində çalışıb. O, istedadlı şair, cəfakeş alim, həm də peşəkar tərcüməçi olub.
Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər
17.01.2021 |
Azərbaycanlı rejissor vəfat edib |
07.01.2021 |
Vətən müharibəsindən bəhs edən filmlər çəkiləcək |
05.01.2021 |
Beşbarmaq qalasının 4 qala bürcündən ikisinin yeri aşkarlandı - FOTO |
04.01.2021 |
Mahnılarda qalan ömür - VİDEO |
03.01.2021 |
Səməndərin Rəşidi niyə intihar etdi? |