Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7300

Digər sorğular

Qazax İH başçısından Ali Baş Komandanın əsgərinə sayğısızlıq - FOTO

15:25  |    30 Noyabr 2020  |   E-mail  |  Çapa göndər

“Oğlum Qarabağ döyüşlərində sol ayağını itirib. Buna baxmayaraq, heç kəs maraqlanmır. Nə Qazax rayonunun icra başçısı, nə şəhər nümayəndəliyi, nə hərbi komissarlıq, nə də səhiyyə idarəsi maraqlanır”.

Qazilər.az xəbər verir ki, bunu İkinci Qarabağ müharibəsinin döyüşçüsü Kənan Musayevin anası Məmmədova Məhəbbət Seyfəddin qızı sosial şəbəkədə yazıb. Döyüşçü anası bildirib ki, oğlu Musayev Kənan 08.01.2020-ci ildə hərbi xidmətə yollanıb:

” 03.10.2020-ci ildə Qarabağ döyüşlərində sol ayağını itirib. Mən işsiz qadınam, gəlir yerim yoxdur. Maddi cəhətdən çətinliyim var. Oğlumun sarğı ləvazimatlarını, dərmanlarını və kastelini qonşularımın köməyi ilə özüm almışam. Hətta sarığını belə mən baxa bilmədiyim üçün qonşular dəyişir. İcra nümayəndəliyindən bir dəfə gəlib hər şeyi yoluna qoyacaqlarını deyib gediblər. Hələ bir xəbər yoxdur. Komissarlığın rəisi ilə görüşüb, hərbi bileti haqqında məlumat verdik. Düzələcək, deyib, bizi sola saldılar. Amma hələ bir xəbər yoxdur”.

Məsələ ilə əlaqədar olaraq Qazax rayon İcra Hakimiyyəti başçısının köməkçisi Süleyman Axundovla əlaqə saxladıq. Süleyman Axundov problemi eşidər-eşitməz dəstəyi üzümüzə qapatdı.

Süleyman Axundovun hörmətsizliyindən sonra İcra Hakimiyətinin İctimai-Siyasi və Hümanitar məsələlər üzrə müavini Gülaya Həsənovaya zəng etdik. Gülaya Həsənov isə hər zəngimizdə “Mən sizi eşitmirəm” deməklə kifayətləndi.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.01.2021
Daha bir müharibə qazisi yüksək texnologiyalı protezlə təmin olunur
17.01.2021
Ünvanlı sosial yardım necə təyin edilir?
17.01.2021
Daha iki yaralanmış qazimizə dəstək işlərinə başlanıb
15.01.2021
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini şəhid ailələri ilə görüşüb
15.01.2021
“Azəriqaz”: Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır