Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7311

Digər sorğular

Zori Balayanın oğlu Şuşa döyüşündən danışdı: Əfsanəvi əməliyyat idi

11:37  |    30 Noyabr 2020  |   E-mail  |  Çapa göndər

"Ötən müharibədə biz Şuşanı götürəndə Azərbaycan tərəfdən hər hansı bir xəyanətin olmasıyla bağlı bir şey eşitmədim”.

Qazilər.az bildirir ki, bu sözləri Mk.ru saytına geniş müsahibəsində öz "Ocaq” adlı kitabıyla Qarabağ münaqişəsinin başlamasına təkan verən, öz qəddarlığıyla yaxşı tanıdığımız Zori Balayanın həkim oglu Qayk Balayan deyib.

"Şuşa niyə təslim oldu? Eşitdiyimə görə, ümumiyyətlə, ora alınmaz qaladır, oranı ancaq təslim etmək olar, çünki hər tərəfi alınmaz qayalarla əhatə olunub. İlk müharibədə də ermənilərin Şuşanı Azərbaycan hərbçilərindən birinin xəyanəti nəticəsində aldıqlarını söyləyirlər…” – bu yönəldici sualla mk.ru-nun jurnalisti Balayanın oğluna müraciət edib. O Şuşanın xəyanət nəticəsində verildiyini təkzib edərək sözünə davam edib:

"Bu, əfsanəvi əməliyyat idi”, – o, Şuşanı Azərbaycan əsgərlərinin alması haqda deyib: "Sizə səmimi deyirəm. Mən Hadrut yüksəkliklərində idim və hər şeyi öz gözlərimlə görürdüm. Heç cür başa düşə bilmirəm ki, azərbaycanlılar bu yüksəklikləri necə ala bildilər.

Ancaq mən hərbi mütəxəssis deyiləm. Yəqin ki, bu azərbaycanlılar bu cür dağ əməliyyatlarına sadəcə yaxşı hazırlaşmışdılar. Çünki Şuşanı götürəndə topçularımız onların üzərində çox yaxşı işləyirdi. Ancaq yenə də irəliləyirdilər. Ölənlərin yerini yüzlərlə, minlərlə yenisi tutur və onlar heç cür bitib-tükənmirdilər”.

Qeyd edək ki, Mk.ru-nun yazdığına görə, Qalik Balayan Ermənistanda tanınmış cərrahdır. 43 yaşı var. Müharibə başlayandan 4 gün sonra Qarabağa, hərbi xidmətdə olan oğlu Zori Balayanın yanına gedib, bir neçə gün Xankəndidə həkim kimi xidmət edib, sonradan isə əlinə silah alaraq müharibə bitənə kimi oğluyla birgə döyüşüb. Oğlu döyüşdə yaralanıb. Beyin silkələnməsi keçirib və təhlükəsiz yaralar alıb. Hazırda sağdır. Atasıyla birgə İrəvandadır.

Qaynarinfo.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.01.2021
General Həzi Aslanov necə qətlə yetirilib... - Erməni izi
24.01.2021
İran xarici işlәr naziri Bakıya gəlib
24.01.2021
XİN: Azərbaycanlı dənizçinin nəşinin Vətənə gətirilməsi üçün tədbirlər görüləcək
24.01.2021
Azərbaycan və Türkiyə XİN rəhbərləri gəmiyə edilən hücumu müzakirə edib
23.01.2021
Hulusi Akar: “Qarabağ məsələsində üç ölkə tək ürək olduq” - VİDEO