Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7300

Digər sorğular

"27 ildir bu günün həsrəti ilə yaşayırdıq" - Tahir Gözəl

21:44  |    29 Noyabr 2020  |   E-mail  |  Çapa göndər


Xəbər verdiyimiz kimi, "Qarabağ" klubu - prezident Tahir Gözəl, direktor Əmrah Çəlikəl, veteran futbolçular, məşqçilər, futbolçular dünən işğaldan azad olunan Ağdam şəhərinə səfər ediblər.

Onlar Cümə məscidini, İmarət stadionunu və komandanın sabiq kapitanı və baş məşqçisi, Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət ediblər.

Tahir Gözəl Qol.az-a açıqlamasında səfər haqda təəssüratlarını bölüşüb:


"Möhtəşəm bir sevinc hissi keçirirəm. Biz demək olar ki, 27-28 il bu günün həsrəti ilə yaşadıq. "Qarabağ" klubu olaraq 20 ildən çox Ağdama, İmarət stadionuna olan həsrətimizi hər yerdə dilləndirdik. Almaniyada, İngiltərədə, İspaniyada, "Çelsi", "Atletiko" kimi klubların prezidentləri ilə görüşəndə. Həmin vaxtlar deyirdik ki, biz bir gün qayıdacağıq. 20 il bunu söylədik və artıq bu gün Ağdamdayıq. Ona görə də doğrudan da mənim
üçün tarixi bir gündür".

T.Gözəl "Qarabağ"ın növbəti illərdə Ağdamda baza tikmək və İmarət stadionu bərpa olunduqdan sonra orada çıxış etmək planlarının olub-olmaması barədə sualı belə cavablandırıb:

"Bizim klubun mərkəzi artıq Bakıdadır. Orada çox böyük infrastrukturumuz var. Əlbəttə ki, biz onu boş buraxa bilmərik. Amma mənim arzum və hədəfim odur ki, burada da futbol məktəblərimiz fəaliyyət göstərsin. "Qarabağ"da oynamaq həyəcanını buradakı gənclər də yaşasınlar. Bizim büdcəmiz imkan verdiyi qədər bu bölgədə futbolun inkişaf etməsi üçün əlimizdən gələni edəcəyik".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.01.2021
Sərbəst güləşçilərimiz Henri Deqlan Qran-Pri turnirində beş medal qazanıblar
17.01.2021
Makqreqor: “Nurməhəmmədov mənimlə döyüşdən qorxur”
14.01.2021
Məmmədyarovla Rəcəbov şahmat turunda Aronyanla oynayacaq
14.01.2021
Fransa bu səhvinə görə Azərbaycandan üzr istədi
04.01.2021
Teymur Rəcəbov Azərbaycan Prezidentinə minnətdarlıq edib