Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7304

Digər sorğular

XTQ giziri: “Bir nəfər də qalsaq, o bayraq sancılmalı idi” - VİDEO

21:54  |    27 Noyabr 2020  |   E-mail  |  Çapa göndər


10 ildir Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət edən gizir Rauf Qasımov İkinci Qarabağ savaşı ilə bərabər, 2016-cı il Aprel döyüşlərinin də iştirakçısı olub.

R.Qasımov Aprel döyüşlərində yaralansa da, yenidən XTQ-ya qayıdıb.

“Qafqazinfo”nun əməkdaşları qəhrəman qazimizin ailəsində olub, evindən reportaj hazırlayıblar.

Bu qüvvələrin N saylı hərbi hissəsində əsgərlərin yetişməsi üçün çalışan gizir Qasımov Vətən müharibəsi başlayan gündən Murovdağ istiqamətində əks-hücum əməliyyatı keçirənlərin öndə gedənlərindən olur. İgidimiz həmçinin Hadrutun, Füzulinin və Cəbrayılın alınmasında da iştirak edir.

Gizir Qasımov 14 hərbçi yoldaşı ilə birlikdə Cəbrayıl şəhəri istiqamətində 200 erməni əsgərinə qarşı döyüşür. 30 yaşlı gizir həmin anları belə xatırlayır: “Bizə komandir tərəfindən bildirildi ki, geri çəkilin. Həmin istiqamətdə ermənilər böyük qüvvəsi ilə toplaşıb və ora artilleriya zərbələri endiriləcək. Amma biz dedik ki, burada döyüşmək istəyirik. Çünki üz-üzə döyüşlərdə ermənilərin bizdən çəkindiyini bilirdik. 14 nəfər pusquya düşdüyümüz halda ordan çıxıb ermənilərin özünü pusquya saldıq. Onların böyük hissəsini məhv etdik. Qalanları da silah-sursatını, hər şeyi orada qoyub qaçdılar. İçlərində Ermənistan Xüsusi Təyinatlı Qüvvələrinin mənsubları da var idi. 4 şəhidimiz olsa da, mübarizə apardıq və düşməni qovduq. Həmin döyüşdə çiynimdən snayper yarası aldım. Təəssüfləndiyim isə odur ki, Şuşaya qədər döyüşə bilmədim. Orada igidlik göstərənlərin siyahısında olmaq istəyirdim”.

Qazinin həyat yoldaşı Elmira Hüseynova Raufla fəxr etdiyini bildirib: “Mən bilirəm ki, o, döyüşəcək, döyüşməlidir. Bunun üçün təlimlər keçir. Bu, Raufun vəzifəsidir. O, torpaqlar uğrunda mübarizə aparmalı idi və bunu etdi. Təbii ki, onun üçün qorxurdum, amma buna öyrəşmişəm”.

Bu məqamda söhbətimizə müdaxilə edən gizir də xanımına işarə edərək, "O da mənim döyüşçü yoldaşımdır da...", - deyə gülümsəyir.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.01.2021
Bakı və İrəvan sərhədlərin delimitasiyası və demarkasiyası üzrə danışıqlara başlayır
20.01.2021
Kəlbəcər rayonunun Nadirxanlı kəndi - VİDEO
20.01.2021
“Ağdərədə erməni silahlılarının aktivliyinin müşahidə edildiyi barədə xəbərlər alırıq”
20.01.2021
20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olunub - VİDEO
20.01.2021
Dövlət Bağçalının Şuşada məktəb tikilməsi təklifilə bağlı açıqlama