Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7311

Digər sorğular

General Movses Akopyan “metallom” satırmış - Nikol Paşinyan

14:56  |    27 Noyabr 2020  |   E-mail  |  Çapa göndər


“Ehtiyatda olan general (Movses Akopyanı nəzərdə tutur – “Report”) mətbuat konfransı keçirir və uğursuzluqlar barədə danışır. Ancaq unudur ki, o vəzifədə olanda 42 milyon dollara əldə olunmuş metal tullantıları ilə bağlı cinayət işi açılmışdı”.

Qazilər.az “Report”a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.

“Xəbərlərə baxın, biz ilk gündən doğrunu söyləyirdik. Bəli, hərbi qanunlarına uyğun. Ancaq diqqətli insan rəsmi məlumatı oxuyaraq hər şeyi anlaya bilərdi”, - baş nazir əlavə edib.

Qeyd edək ki, Ermənistanın keçmiş baş qərargah rəisi general-polkovnik Movses Akopyan İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Müdafiə Nazirliyinin ictimaiyyətə ötürdüyü məlumatların 100 %-nin yalan olduğunu, müharibənin ilk 5 günündə ordudan 1 500 fərarinin olduğunu bildirmişdi.

Ermənistanın Xüsusi İstintaq Xidməti (XİX) Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik Movses Akopyanın mətbuat konfransında ölkə hakimiyyətini kəskin tənqid etməsindən sonra ona qarşı cinayət işi başladıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.01.2021
General Həzi Aslanov necə qətlə yetirilib... - Erməni izi
24.01.2021
İran xarici işlәr naziri Bakıya gəlib
24.01.2021
XİN: Azərbaycanlı dənizçinin nəşinin Vətənə gətirilməsi üçün tədbirlər görüləcək
24.01.2021
Azərbaycan və Türkiyə XİN rəhbərləri gəmiyə edilən hücumu müzakirə edib
23.01.2021
Hulusi Akar: “Qarabağ məsələsində üç ölkə tək ürək olduq” - VİDEO