Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7300

Digər sorğular

Çindən növbəti İDDİA: Koronavirusun yayılma mənbəyi Avropadır

11:00  |    27 Noyabr 2020  |   E-mail  |  Çapa göndər

Koronavirusun ortaya çıxdığı ölkə olaraq bilinən Çində dövlət mediası virusun ölkəyə dondurulmuş qidalar içərisində gətirildiyini iddia edir.

Qazilər.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Çinin dövlət mətbuatında epidemiya izlərinin daha öncə İspaniya və İtaliyada görüldüyünə dair bir sıra elmi araşdırmalar yayılıb.

Çindəki hakim Kommunist Partiyasının mətbu orqanlarından “People’s Daily” qəzetində çıxan bir xəbərdə COVID-19 pandemiyasının Çinin mərkəzindəki Uhan şəhərində başlamadığı, virusun ölkəyə dondurulmuş halda idxal olunan qida məhsullarında gəlmiş ola biləcəyi iddia edilib.

Xəbərdə həmçinin Çin Yoluxucu Xəstəliklərə Nəzarət Mərkəzinin sabiq sədri Szen Quanın da fikirlərinə yer verilib.

“Virus harada və nə zaman yayılmağa başladı? Görünür ki, Uhanda təsbit edilmədən öncə virus dünyanın fərqli bölgələrində mövcud olub”, - o vurğulayıb.

S.Quan virusun məhz Çində ilk dəfə aşkarlanmasının əsl səbəbinin ölkənin SARS ilə mübarizə üçün yaratdığı “epidemiya qabaqlayıcı sistemi”nin uğuru olduğunu söyləyib.

Report.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.01.2021
Arterial qan təzyiqini sadə yolla azaltmaq üsulu açıqlandı
16.01.2021
“Koronavirusdan da betər epidemiya yayılıb” - Rusiyalı həkim
16.01.2021
Çörəkdən imtina nəyə səbəb olur?
15.01.2021
Vaksinasiya yalnız həkim yoxlanışı və göstərişi ilə ediləcək
14.01.2021
Koronavirusdan sağalanlar daşıyıcı ola bilirmi? - Alimlər açıqladı