Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7310

Digər sorğular

Şair Nisə Bəyim vəfat edib

22:59  |    26 Noyabr 2020  |   E-mail  |  Çapa göndər

Şair Nisə Bəyim (Rəhimova) vəfat edib.

Qazilər.az APA-ya istinadla xəbər verir ki, bu barədə onun qardaşı oğlu Toğrul Rəhimli "Facebook"da yazıb.

Nisə Bəyim 1955-ci ildə Sabirabadda anadan olub. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yaradıcılığa tələbəlik illərindən başlasa da, Azərbaycan mətbuatında 1988-ci ildən çap olunur. İlk dəfə "Vətən mənəm" adlı şeiri 1988-ci ildə "Azərbaycan müəllimi" qəzetində çap olunub.

"Arazım, Xan Arazım", "İlahi vaxt", "Əbədiyyət", "Himn", "Ürək simfoniyası" poemaları Azərbaycan dövlət radiosunda radio-tamaşa kimi hazırlanaraq efirdə səsləndirilib.

Ədəbi mühitdə poeziya nümunələri ilə bərabər, "Dəniz yuxusu", "Günəş ovu", "Doğmalıq" hekayələri, "İtirilmişlərdən biri", "Bütün həqiqətlər sözlərdədir", "Poeziya haqqında", "Sorun ki, bu nə sevdadır", "Ey Yazıq, sənə zülm eləmişlər", "Bütün həqiqətlər məndədir...", "Klassik notlar", "Aran uşağı haqqında hekayət", "Bağlı vaxt" esse və publisist məqalələri də maraqla qarşılanıb.

"Yerə, Göyə, Tanrıya", "İlahi Vaxt", "Ulduz səsləri", "Ayla, Günlə bərabər" və başqa kitabların müəllifidir.

Allah rəhmət eləsin.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.01.2021
Bakıda yaşayış binasında yanğın olub - YENİLƏNİB - VİDEO
23.01.2021
Dəniz quldurları türk gəmisini qaçırdı
23.01.2021
Şahbuz rayonunda zəlzələ olub
23.01.2021
Azərbaycan vəzifəli şəxs həkimlərin maaşını mənimsəyib
23.01.2021
Ermənilər meyitlərimizin qızıl dişlərini də çıxarıblar - VİDEO