Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7213

Digər sorğular

Baş Qazi Etimad Əsədovun məzarı ziyarət olundu: Ən böyük arzun həyata keçdi... - FOTO

12:57  |    21 Noyabr 2020  |   E-mail  |  Çapa göndər


Bu gün "Qarabağ qaziləri" İctimai Birliyinin üzvləri təşkilatın ilk sədri olmuş Baş Qazi Etimad Əsədovun məzarını ziyarət ediblər

Bu barədə Qaziler.az saytına ictimai birlikdən məlumat verilib.

Sentyabr ayının 27-dən başlanan 44 günlük müharibədə Azərbaycan Ordusu düşmənin hücumlarının qarşısını alaraq əks-hücumla 30 ilə yaxın erməni işğalı altında qalan torpaqlarımızın böyük hissəsini düşməndən təmizlədi. Noyabrın 20-də Ağdam şəhəri işğaldan azad edildi. Torpaqlarımızın düşmən tapdağından xilas edilməsi sevincini yaşamaq hamı kimi Birinci Qarabağ savaşında Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə atılan, bir ayağını itirərək əlil olan Baş Qazi Etimad Əsədovun da mənəvi haqqı idi. Lakin bu xoş günləri yaşaya bilmədi.

Bu gün “Qarabağ qaziləri“ birliyinin üzvləri torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə Etimad Əsədovun məzarını ziyarət ediblər. Onun ruhuna dualar oxunub, çıxışlar edilib.

"Qarabağ qaziləri" İctimai Birliyinin sədri Asəf Əliyev mərasimdə çıxış edərək Azərbaycan Ordusunun uğurlarından, parlaq qələbəsindən danışdı. Təşkilatın sədri xatırlatdı ki, 44 günlük Böyük Vətən müharibəsi zamanı qazilərimiz də cəbhə bölgəsində olaraq qələbə üçün əllərindən gələni etdilər. A.Əliyev öz çıxışında Etimad Əsədovun döyüş yolundan, 1993-cü ildən vəfat edənə qədər Qarabağ qazilərinin hüquqlarının müdafiəsi uğrunda apardığı mübarizədən söz açdı:

“Bu günləri görmək Baş Qazi Etimad Əsədovun ən böyük arzusu olub. Təəssüf ki, bu xoş günləri yaşamaq ona nəsib olmadı, bizlərdən vaxtsız ayrıldı. Bu gün bura yığışmaqda məqsədimiz Baş Qazimizin doğulub boya-başa çatdığı Ağdam şəhərinin, onun doğma kəndi Papravənd kəndinin işğaldan azad edilməsidir. Yığışdıq deyək ki, ruhun şad olsun, Baş Qazi, arzun həyata keçdi. Allah Baş Qazimizin timsalında qələbə gününü görməyən bütün şəhid və dünyasını dəyişən qazilərimizin ruhunu şad, məkanlarını cənnət eləsin. Bu günü görməyən bütün dünyasını dəyişmiz azərbaycanlıların ruhları şad olsun. İndi onların da ruhu sevinir. Biz şəhidlərimizin ruhu, onların ailələri qarşısında baş əyirik. Allah onlara səbir versin”.

Etimad Əsədovon döyüş yolundan, həyatından danışan Asəf Əliyev qeyd etdi ki, Baş Qazi 1993-cü ildən vəfat edənə qədər Qarabağ qazilərinin haqlarının yorulmadan, usanmadan müdafiəçisi olub. “Etimad bəyin tutduğu mübarizə yolu indi də vaxtilə onun sədr olduğu “Qarabağ qaziləri“ İctimai Birliyi tərəfindən davam etdirilir və bundan sonra da davam etdiriləcək” - deyə birlik sədri vurğulayıb.

Asəf Əliyev öz çıxışında cəbhədə qazandığımız parlaq zəfərə görə Ali Baş Komandana, Azərbaycan Ordusuna minnətdarlığını bildirib, onların əməyini yüksək qiymətləndirib.





Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.11.2020
Nazirlik qazi Kənanla bağlı açıqlama yaydı - FOTO
30.11.2020
Bakıda məktəb direktoru vəfat edib
30.11.2020
“Oğlum öz şəklinə baxıb dedi ki, bir gün burada şəhid görəcəksən” - Şəhid anası
30.11.2020
Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi
30.11.2020
Cəlilabadda şəhid leytenant dəfn edilib - FOTO