Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7213

Digər sorğular

“Azəriqaz”ın direktoru vətəndaşları qəbul edib - FOTO

20:37  |    20 Noyabr 2020  |   E-mail  |  Çapa göndər

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Mingəçevir şəhərinin, baş direktorun satış və istismar üzrə müavini Cahid Hüseynov Yevlax rayonunun, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov isə Zərdab rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.

Bu barədə “Azəriqaz”dan məlumat verilib.

Məlumata görə, vətəndaşların qəbulda iştirakı üçün karantin rejiminin tələbləri gözlənilməklə şərait yaradılıb. Müraciətlər zamanı fərdi şəkildə qaz çəkilişi, küçə qaz xətlərinin, eləcə də qapı keçidlərinin çəkilməsi, işə qəbul və digər məsələlərə toxunulub. Bundan başqa, sentyabrın 27-də başlayan işğaldakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsində iştirak edən 2 əsgər və şəhid ailəsinin üzvləri də fərdi şəkildə qaz çəkilişinə köməklik göstərilməsini istəyib. Baş direktor R.Əliyev qaldırılan məsələlərin həlli, xüsusilə də əsgər və şəhid ailələrinin müraciətlərinin dərhal həll edilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

“Azəriqaz” rəhbəri Tərtər Regional qaz istismarı İdarəsinin xidmət sahəsinə daxil olan rayonlarda Vətən müharibəsi zamanı düşmənin namərd atəşi nəticəsində qaz təsərrüfatına dəyən ziyanla maraqlanıb. Ona məruzə olunub ki, hazırda Ağdam, Ağcabədi, Bərdə, Beyləqan və Füzuli rayonlarında qaz təchizatına dair hər hansı problem qalmayıb.

Yalnız Tərtər rayonunda məcburi köçkünlərin məskunlaşdığı Şıxarx qəsəbəsində qaz xətlərinə və sayğaclara ciddi ziyan dəyən 34 binada təmir prosesinə ehtiyac var. Bu binalarda yaşayan 1 100 abonentin qaz şəbəkəsi, demək olar ki, sıradan çıxıb. Baş direktor Ruslan Əliyev bu çətinliyin tezliklə aradan qaldırılması üçün Bakıdan tikinti heyətinin və lazımi təchizat avadanlıqlarının bölgəyə ezam ediləcəyini bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.11.2020
Nazirlik qazi Kənanla bağlı açıqlama yaydı - FOTO
30.11.2020
Bakıda məktəb direktoru vəfat edib
30.11.2020
“Oğlum öz şəklinə baxıb dedi ki, bir gün burada şəhid görəcəksən” - Şəhid anası
30.11.2020
Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi
30.11.2020
Cəlilabadda şəhid leytenant dəfn edilib - FOTO