Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7213

Digər sorğular

Qobuda 1 000-dən çox fərdi evə qaz verilib

21:59  |    16 Noyabr 2020  |   E-mail  |  Çapa göndər


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi respublikanın yaşayış məntəqələrinə istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqlarının yenidənqurulması istiqamətində genişmiqyaslı işləri davam etdirir.

Qaziler.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu məqsədlə bu gün Abşeron rayonunun Qobu qəsəbəsindəki yeni yaşayış massivində qaz açılışı təmin edilib.

Açılışda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev, rayon ictimaiyyətinin nümayəndələri, qaz təsərrüfatının işçiləri, eləcə də qəsəbə sakinləri iştirak ediblər.

Əvvəlcə bütün sakinlər Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Qələbə münasibətilə hamını təbrik ediblər. İ.Gülməmmədova bu sevinci onlara yaşadan Prezident İlham Əliyevə Qobu sakinləri və Abşeron rayonu sakinləri adından minnətdarlığını bildirib.


R.Əliyev isə qeyd edib ki, ölkədə icra edilən qazlaşma layihələri Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir və qəbul olunan dövlət proqramları vaxtında reallaşdırılır.

Qaz açılışına dair tədbir ölkədə koronavirus pandemiyasının yayılmasına dair tətbiq edilən karantin rejiminin tələbləri gözlənilməklə təşkil olunub.

Qobu qəsəbəsindəki yeni yaşayış massivində 1 147 fərdi yaşayış evi qazlaşdırılıb. Ümumi uzunluğu 116 159 metr olan müxtəlif diametrli borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda regionlarda və Bakı şəhərində 2020-ci il üzrə qaz çəkilişləri aparılan 13 yaşayış məntəqəsində 1 031 fərdi yaşayış evi, 27 yaşayış massivində 5 675 fərdi yaşayış evi təbii qazla təmin edilib. 17 yaşayış məntəqəsi və 8 yaşayış massivində isə işlər tamamlanıb, qaz açılışına dair son prosedurlar icra edilməkdədir. 13 yaşayış məntəqəsi və 8 yaşayış massivində isə qazlaşdırma işləri davam etməkdədir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.11.2020
Bu il əhali abonentlərinin 90 %-dən çoxu qazda güzəştli limiti keçməyib
14.11.2020
Naxçıvan quru yolu BTQ dəhlizini 343 km qısaldacaq
14.11.2020
Məcburi köçkünlər daha 3 il müavinət alacaqlar
13.11.2020
Ermənistanın ödəyəcəyi təzminat 50 milyarddan da çoxdur - EKSPERT
06.11.2020
Birdəfəlik ödəmə 100 mindən çox şəxsi əhatə edəcək