Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7209

Digər sorğular

Mirzə Cəlilin nəticəsi Polşa prezidentinə məktub yazdı

22:07  |    13 Noyabr 2020  |   E-mail  |  Çapa göndər


Azərbaycanın böyük maarifçisi Cəlil Məmmədquluzadənin və Qarabağ xanı Pənahəli xanın nəslinin nümayəndəsi Həmidə xanım Cavanşirin nəticəsi, əslən həm polyak, həm də azərbaycanlı olan Martin Cavanşiri Polşa Prezidentinə Azərbaycanın ədalətli mübarizəsi ilə bağlı məktub ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

“Mən əslən həm polyakam, həm də azərbaycanlı. Mənim babamın əsli Naxçıvandan, nənəm isə Qarabağdandır. Nənəm Həmidə xanım Cavanşir sadəcə qarabağlı deyil, Qarabağın xan nəslindəndir. Nənəmin babası Qarabağ xanı olub. Mən polyak olaraq nənəmin xan babasının Cavanşir soyadını daşıyıram. Ulu babam Cəlil Məmmədquluzadə Azərbaycanın görkəmli ictimai xadimi olub. Azərbaycanda onun adını daşıyan şəhər var, onun adı küçələrə verilib, abidələri ucaldılıb”.

Azərbaycan dilini bilmədiyini, babası və nənəsindən fərqli olaraq müsəlman deyil, xristian-katolik olduğunu, bu səbəbdən Azərbaycana çox nigarançılıq hissi ilə getdiyini qeyd edən Martin Cavanşiri yazır ki, Azərbaycanda polyaklara yüksək hörmət və məhəbbətin şahidi olub. Orada Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş polyak Maçey Sulkeviçi unutmurlar. Mənə dedilər ki, Sizin də həm Maçey Sulkeviçə, həm də Polşa ordusunun əslən azərbaycanlı olan polkovniki Vəli bəy Yadigara böyük hörmətiniz var. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə onların şərəfinə Varşavada abidə ucaldılıb. Polşanın şəhər və kəndlərində Azərbaycan-Polşa dostluğunu tərənnüm edən 30-dan çox abidə qoyulub. Bu abidələri də Azərbaycan tərəfinin təşəbbüsü ilə ucaldıblar.

Azərbaycanda çoxlu polyak izləri qorunur. Azərbaycanlılar Bakıda əslən polyak olan Pavel Pototskinin şəhərin mərkəzindəki məzarını qardaşlıq rəmzi olaraq ən əziz xatirə kimi qoruyurlar. Müsəlman şəhəri Bakıda Katolik kilsəsi yerləşir. Orada mənə dedilər ki, böyük polyak II Yan Pavel Bakıda olanda Heydər Əliyev ona bu torpağı hədiyyə verib və orada Katolik kilsəsinin tikintisinə müsbət yanaşıb.

“Hörmətli cənab Prezident, mən Sizə sadəcə öz taleyimi deyil, təmsil etdiyim iki xalq, polyak və Azərbaycan xalqlarını qardaşlaşdıran məqamlardan danışdım. Mənim nənəmin vətəni Qarabağ Ermənistan tərəfindən zəbt olunub. BMT-nin Təhlükəsizlik Şurası Ermənistandan tələb edib ki, o torpaqları azad etsin. Lakin 27 ildir ki, Ermənistan bunu etmir. Azərbaycan xalqı bu işi özü etməyə məcbur olub. Hansı xalq dözər ki, onun torpaqları yad əlində qalsın”, - deyə məktubda vurğulanır.

Martin Cavanşiri məktubunda xatırladır ki, son günlərdə Qarabağda gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələri mülki yaşayış məntəqələrini və cəbhə bölgəsindən uzaq olan Gəncə şəhərini atəşə tutdular. Hər hansı bir qarşıdurmada hər iki tərəfdən mülki əhalinin çox əziyyət çəkdiyini başa düşürəm. Ancaq unutmayaq ki, müharibə Azərbaycan Respublikasının ərazisində gedir və ən çox əziyyət çəkənlər də onun mülki vətəndaşlarıdır.

Məktubda daha sonra deyilir: “Az da olsa, bəzən eşidilir ki, polyaklar xristian olduqları üçün gərək xristian-ermənilər tərəfində dayanıb müsəlman azərbaycanlılara qarşı çıxsınlar. Düşünürəm ki, bu, ancaq məni deyil, milyonlarla namuslu polyakı narahat edir. Axı biz xalq olaraq gərək ədalətin tərəfində olaq”.

Martin Cavanşiri Polşa Prezidentinə məktubunu bu sözlərlə tamamlayır: “İnanıram ki, Siz Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləyəcəksiniz”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.11.2020
Öküz ili bürclərə nə vəd edir? - Yeni tanışlıqlar...
20.11.2020
Şəhidin son sözü - VİDEO
18.11.2020
DÖVLƏTOĞLU... - Qənirə Paşayeva
16.11.2020
Sami Yusif Şuşadakı əsgərlərimizin videosunu paylaşdı - VİDEO
13.11.2020
Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə videogörüş keçirilib