Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7300

Digər sorğular

Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə videogörüş keçirilib

21:17  |    13 Noyabr 2020  |   E-mail  |  Çapa göndər


Görüş iştirakçıları Qarabağda rəşadətli ordumuzun şücaəti, Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə əldə olunmuş möhtəşəm qələbə münasibətilə biri-birilərini təbrik edib, yeni fəaliyyət mexanizmlərini müzakirə ediblər.

Bildirilib ki, qazanılmış qələbə bundan sonra diasporumuzun qarşısında Azərbaycanın milli maraq və mənafeyinin müdafiəsi üçün yeni vəzifələr qoyur.

Qaziler.az bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin məsul şəxsləri, eləcə də Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasını təmsil edən Seyran Mirzəzadə, Lalə Zeynalova, Rüstəm Rüstəmov, Renad Yüzbayov, Vaqif Həsənov, Əliağa Ağayev, Əliağa Hüseynli, Saleh Sabili, Hüseyn Salehov və digər görüş iştirakçıları qarşıya qoyulan hədəflər və fəaliyyət istiqamətləri barədə danışıblar.

Qeyd olunub ki, istər müharibənin getdiyi günlərdə, istərsə də ondan əvvəlki dövrlərdə xaricdə yaşayan azərbaycanlılar beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında və erməni yalanlarının ifşa olunmasında yaxından iştirak edib, Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əvəzsiz rol oynayıblar.

30-a yaxın soydaşımızın iştirak etdiyi görüşdə Qarabağın zəngin mədəni-irsinin dünyada təbliği, bölgədə turizmin inkişafına töhfələr verilməsi, xarici ölkə KİV-lərinin daha geniş məlumatlandırılması ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.01.2021
Keçmiş deputat həbs oluna bilər – Rafael Cəbrayılova vaxt verildi
15.01.2021
Vurduğum tankı başqasının adına yazdılar - Şöhrət Eyvazov
13.01.2021
Prezident İlham Rəhimovla bağlı sərəncam imzaladı
12.01.2021
"WhatsApp"dan istifadəçilərin şəxsi yazışmaları ilə bağlı bəyanat
09.01.2021
Tərtərdə repetitor fəaliyyəti ilə məşğul olan şəxs cərimələnib - VİDEO