Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7209

Digər sorğular

Aqil Abbas: Ərdoğan bilmir dünyayla vuruşsun, yoxsa...

17:49  |    04 Noyabr 2020  |   E-mail  |  Çapa göndər


Qardaş Türkiyənin sayın cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan artıq bir neçə ildir ki, az qala bütün dünya ilə vuruşur.

Aqil ABBAS |

Türkiyə Atatürkdən sonra böylə bir lider görməmişdi. Həmişə Türkiyəyə yuxarıdan aşağı baxan ABŞ və Avropa ölkələri çaşıb qalıb. Və sayın Ərdoğan bütün dünyaya göstərdi ki, Yaxın Şərqdə, eləcə də Qafqazda heç bir dövlət onsuz söz sahibi ola bilməz. Və bunu əməli ilə sübut elədi: həm İraqda, həm Suriyada, həm Liviyada, həm Fələstində və sair və ilaxır. VƏ ELƏCƏ DƏ ZAQAFQAZİYADA. 21 ərəb dövlətinin eləyə bilmədiyini sayın Ərdoğan elədi və eləyir.

Artıq dünyanın böyük dövlətləri və dünya liderləri sayın Ərdoğanla hesablaşmaq zorundadı.

Adicə bir misal. Elçibəyin xahişi ilə Kəlbəcərdəki əhalini xilas etmək üçün Allahın bir vertolyotunu kömək üçün bizə göndərməyən Süleyman Dəmirəl yəqin ki, hamınızın yadındadı. Amma sayın Ərdoğan Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi üçün hətta heç bir «qırmızı xətti» tanımadığını bildirdi.

Sayın Ərdoğanla mən bir dəfə görüşmüşəm. Və ürəyimdəki sözləri ona demişəm. Bu başqa bir yazının mövzusudu, yaxın nömrələrdə bunu yazacam.

Gələk əsas mətləbə və bu köşəni niyə yazdım?

Azərbaycan müqəddəs bir müharibəyə başlayıb . Və ən gözəli və qəribəsi budur ki, ölkədəki 52 siyasi partiyadan 50-si bir bəyanat verərək bu müqəddəs müharibədə Möhtərəm Prezident İlham Əliyevi və xalqımızı dəstəkləməklə bu bəyanatı imzaladı.

Yalnız AXCP və Müsavat partiyaları bu bəyanata imza atmadılar. Amma həmin partiyaların verdiyi bəyanatlar, liderlərinin müsahibələri, çıxışları onu göstərdi ki, onlar da bu müharibədə prezident və xalqla birlikdədi.

İndi bir daha gələk mətləbə. Bəli, bütün Azərbaycan «Şur» üstə köklənib, yəni qələbə üstə.

Məni narahat edən nədir? Sayın Ərdoğan haqq-ədalət uğrunda dünyanın böyük dövlətləri ilə və onların liderləri ilə açıq döyüşə girib. Azərbaycanda belə bir söz var: «Öz qanını bir qaşığa qoyub». Amma təəssüf ki, Turkiyənin, CHP başda olmaqla, aparıcı partiyalarının Türkiyənin bu ağır günündə sayın Ərdoğanın yanında olmaması yandırır məni . Sayın Ərdoğanın keçmiş silahdaşları Əli Babacan və Əhməd Davudoğlu hərəsi bir partiya qayırıb və qoşulub Kamal Kılıçdaroğluna və sair və ilaxır. Və Türkiyənin bu ağır günündə radikal müxalifətçilik edirlər. Bax, mən bunu başa düşmürəm.

Bu gün Azərbaycan müxalifəti bütün siyasi iddialarını bir kənara qoyub, prezident İlham Əliyevin yanındadılarsa, mən elə bilirdim ki, Türkiyədə də bütün siyasi partiyalar öz iddiarını bir kənara qoyub sayın Ərdoğanın yanında olacaqlar.

Amma bunu görmədim və təəssüf edirəm. Qardaş ölkənin siyasi partiyaları, sizin sayın Ərdoğanın yanında olub-olmadığınız heç nəyi dəyişməz. Sadəcə, qan qaraltmaqdır! Sayın Ərdoğan bütün dünyaya sübut elədi ki, Türkiyə qüdrətli bir dövlətdir, heç kəsin sözü ilə oturub-durmur (onda ki müxalifət ola) və Şərqdə heç bir problem Türkiyəsiz həll oluna bilməz.

Tanrı Ərdoğanı qorusun!

Və ümumiyyətlə, Tanrı elə hamımızı qorusun!
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Müəllifin son yazıları
15.11.2019 Erməni jurnalistləri və badımcan dolması
09.11.2019 AĞ ADAMIN HƏDİYYƏSİ
31.10.2019 Sultan bəyin goru çatladı
02.10.2019 AQİL ABBAS: QAZİLƏR, QAÇQINLAR VƏ ONLARA ATILAN ŞƏRLƏR
11.06.2019 HANSI HAQQINIZI HALAL EDİRSİZ?! - AQİL ABBAS