Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7209

Digər sorğular

Musa Yaqub yaradıcılığı Türkiyə ədəbiyyat portalında

15:44  |    03 Noyabr 2020  |   E-mail  |  Çapa göndər


Türkiyənin populyar Erikagacioyku.com (“Alça ağacı”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Musa Yaqubun türk dilinə tərcümə edilmiş “Günəbaxan tarlasının son nəğməsi”, “Nə olacaq, olacaq”, “Ümidin sarı qanadı” kimi şeirlərinin yayınına başlayıb.

Tərcümə Mərkəzindən Qaziler.az-a bildirilib ki, 2015-ci ildən fəaliyyət göstərən portal bu ilin iyun ayından başlayaraq Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan ədəbiyyatının aparıcı nümunələrini işıqlandıran “Azərbaycan ədəbiyyatı” bölməsini açıb. Bölməyə yerləşdirilmiş şeirlər Musa Yaqubun yaradıcılığı haqqında məlumatla təqdim edilir.
Bölmənin klassik Azərbaycan ədəbiyyatı ilə yanaşı müasir Azərbaycan ədəbiyyatı nümunələrini də mütəmadi olaraq işıqlandıracağı nəzərdə tutulur.


Keçid linki:
https://erikagacioyku.com/2020/10/31/musa-yakup-1937/
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.11.2020
“Xankəndi necə Stepanakert oldu” xarici KİV-də
19.11.2020
“Şuşa həqiqətləri” xarici KİV-də
16.11.2020
Azərbaycan kitabı Avropanın ikinci ən böyük kitabxanasında
10.11.2020
Şəhid generalla bağlı kitab nəşr edildi
30.10.2020
“Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında” videoçarxı xarici dillərdə