Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7300

Digər sorğular

“Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında” videoçarxı xarici dillərdə

20:01  |    30 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər


Dövlət Tərcümə Mərkəzi dahi rus yazıçısı Lev Tolstoyun qızı Aleksandra Tolstayanın 1915-ci ildə Qırmızı Xaç Cəmiyyətinin xətti ilə göndərildiyi Türkiyənin Van şəhərində canlı şahidi olduğu erməni vəhşilikləri haqqında videoçarx hazırlayıb.

Beynəlxalq internet məkanında ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dillərində yayınlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında

Dahi rus yazıçısı Lev Tolstoyun qızı Aleksandra Tolstaya məşhur Yasnaya Polyana muzeyinin və Tolstoy Fondunun yaradıcısı olmaqla bərabər bədii və publisistik əsərlər müəllifi kimi də tanınır.
1915-ci ildə Aleksandra Tolstaya Qırmızı Xaç Cəmiyyətinin xətti ilə Rusiya təmsilçisi qismində Türkiyənin Van şəhərinə göndərilir və orada erməni yaraqlılarının türklərə qarşı törətdiyi vəhşiliklərin canlı şahidi olur, gördüklərini gündəliyində qeyd edir.

...Yerlə yeksan olmuş Van şəhəri... ...Ermənilər şəhərin türklər yaşayan ərazisinə od vurur, gil tikililər çətin alışdığından onları ayrı-ayrı yandırdılar...
Türklər ermənilər tərəfindən zəbt edilən dağüstü qalanı mühasirəyə almışdılar. Ermənilər qalanın müdafiəsi uğrunda vəhşi kimi vuruşurdular. Erməni qadınları gecələri gündüzlərə qataraq mərmilər düzəldir, türklərə atır, ölənləri gölə salırdılar...

* * *
Biz boş qalmış məktəb binasına daxil olduq... Döşəmənin üzərində üstləri əsgi-üsgüylə örtülmüş çirkli, cansız bədənləri gördük. Türklərdir... kişilər, qadınlar, qocalar, uşaqlar...
Körpələrin iniltisi, hönkürtü səsləri, sayıqlamalar...
Çirkli, çəlimsiz əllər bizə tərəf uzanır... Qadınlar ağlaya-ağlaya: “Xanım, xanım!” – deyə yalvara-yalvara bizdən imdad diləyirlər...
Gözüm bir küncə qısılmış, qolları, sanki ölmüş kimi yanlarına düşmüş türk qadınına sataşdı. Onun lap astadan gələn iniltisi güclə eşidilirdi...
Qırmızı Xaç Cəmiyyətinin Amerika nümayəndəsi mister Yarrou mənim sual dolu baxışlarıma cavabında:
– Onun qollarını ermənilər dartıb çıxarıblar, – dedi.
– Ermənilər? – mən heyrət içində. – Niyə axı onlar sadə bir qadına belə işgəncə veriblər? – deyə soruşdum. – Amma qəzetlərdə oxumuşdum ki, burada vəhşiliklər törədən, erməniləri kəsib-doğrayan türklərdir. Heç nə anlaya bilmirəm...
– Vanda biz ermənilərin, insanlıq adına ləkə olan vəhşiliklərinin şahidi olduq, – dedi. – Onlar qadınların döşlərini kəsir, qollarını, əllərini dartıb kökündən çıxarır, ayaqlarını sındırırdılar. Bu qeyri-insani vəhşilikləri, günahsız qurbanları mən öz gözlərimlə görmüşəm...
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.01.2021
Qarabağ şairinin yaradıcılığı Rusiya ədəbi portalında
11.01.2021
"Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında" sənədli material İran qəzetində
09.01.2021
Cenevrədə çap edilən kitabda soydaşımızdan bəhs edilib
08.01.2021
Bəxtiyar Vahabzadə yaradıcılığı Meksika portalında
15.12.2020
Prezident Ramiz Rövşənə ev hədiyyə etdi