Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7211

Digər sorğular

Professor Nəsir Əhmədli Prezidentə: "Müqəddəs arzuma çatmadan öləcəyimi düşünürdüm"

18:50  |    25 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər


"Bu məqamda Siz bir dövlət başçısı, Ali Baş Komandan kimi elə bir möcüzə göstərdiniz, elə bir qəti addım atdınız ki, təkcə məni deyil, bütün dünyanı heyrətləndirdiniz"

Azərbaycan jurnalistlərinin müəllimi, BDU -nun professoru Nəsir Əhmədli Prezident İlham Əliyevə səmimi məktub yazıb və onu özünün Facebookdakı səhifəsində yayınlayıb.

Musavat.com bu məktubu olduğu kimi dərc edir.

****

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə AÇIQ MƏKTUB

Hörmətli cənab Prezident!

79 yaşım var. Dünyanın yaxşı və pis üzlərinin, demək olar, hamısını görmüşəm. Çətinliklə də olsa, şəxsi diləklərimin çoxuna çatmışam. Amma şüurlu ömrüm boyu ən müqəddəs arzum doğma Azərbaycanımızın müstəqilliyini, azadlığını, ərazi bütövlüyünü görmək olub. Aydın məsələdir ki, bu mənim kimi ayrı-ayrı fərdlərin istəyi ilə gerçəkləşə biləcək arzu deyil, siyasi elitanın, ilk növbədə, dövlət başçısınin vətənpərvərliyi, iradəsi, cəsarəti, qabiliyyəti sayəsində həll olunası məsələdir. İndiyədək heç bir lider bu problemi aradan qaldırmadığına görə onların hər birinə qarşı müxalif mövqedə olmuşam. Nə gizlədim, hakimiyyətdə olduğunuz 17 ildə Sizdən də belə bir gözləntim yox idi. Müqəddəs arzuma çatmadan öləcəyimi düşünürdüm. Və bu məqamda Siz bir dövlət başçısı, Ali Baş Komandan kimi elə bir möcüzə göstərdiniz, elə bir qəti addım atdınız ki, təkcə məni deyil, bütün dünyanı heyrətləndirdiniz. Anladım ki, bu 17 ili Siz boş-boşuna keçirməməsiniz, vəziyyəti təhlil edərək strateji plan qurmusunuz, güclü dövlət və yenilməz ordu, beynəlxalq qurumlarla, dünya liderləri ilə səmərəli əlaqələr yaratmaq yolunda çarpışaraq, çox şükür ki, istədiyinizə nail olmusunuz. Hazırda Siz “Qarabağ Azərbaycandır” şüarını irəli sürməklə və onu qısa müddətdə gerçəkləşdirməklə ümumxalq məhəbbətinin ən uca zirvəsində qərar tutmusunuz. İnanmaq istərdim ki, ömrünüzün bundan sonrakı hissəsində də (Allah bu hissəni sağlam və uzun eləsin) daha böyük ideallara xidmət edərək adınızı müqəddəs Azərbaycan tarixinə qızıl hərflərlə həkk edəcəksiniz.

Hörmətli cənab Prezident, çox istərdim ki, Qarabağın işğaldan azad edilməsi şanlı Vətən savaşının birinci mərhələsi olsun. İkinci mərhələdə ölkə daxilində köklü islahatlar aparılmaqla korrupsiyasız, rüşvətsiz, qanunun hamı üçün bərabər olduğu ideal bir cəmiyyət yaradılsın, dünyaya nümunə ola biləcək demokratiya bərqərar edilsin, insan hüquqları göz bəbəyi kimi qorunsun, mətbuat və söz azadlığı ən yüksək həddə çatdırılsın. Əminəm ki, bütün bunlar Sizin gücünüz daxilindədir.
Uğur olsun, cənab Prezident!

Səmimi ağsaqqal xeyir-duası ilə:

Nəsir Abbas oğlu Əhmədli,
filologiya elmləri doktoru, professor,
Əməkdar jurnalist"

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.11.2020
Öküz ili bürclərə nə vəd edir? - Yeni tanışlıqlar...
20.11.2020
Şəhidin son sözü - VİDEO
18.11.2020
DÖVLƏTOĞLU... - Qənirə Paşayeva
16.11.2020
Sami Yusif Şuşadakı əsgərlərimizin videosunu paylaşdı - VİDEO
13.11.2020
Mirzə Cəlilin nəticəsi Polşa prezidentinə məktub yazdı