Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7213

Digər sorğular

Qarabağda döyüşən tələbələr, universitet məzunları, prorektor oğlu - SİYAHI

23:40  |    23 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər

Artıq 27 gündür Qarabağ uğrunda gedən savaşda Vətən oğulları qəhrəmancasına döyüşür. Ölümdən qorxmayan əsgərlərimizin sıralarında təhsilini yarıda qoyan tələbələr, yaxud təhsilini bitirən kimi könüllü cəbhəyə yollanan gənclər, ali məktəb işçiləri də az deyil.

Qazilər.az xəbər verir ki, Modern.az mövzu ilə bağlı bəzi universitetlərlə əlaqə saxlayıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəzərov:

"Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarında həm işçilərimiz, həm də məzunlarımız arasında iştirak edənlər var. Müharibəyə getmək üçün könüllü qrupların yığılması davam etdiyindən iştirak edənlərin sayı barədə dəqiq məlumat verə bilmirik”.

Bakı Ali Neft Məktəbinin mətbuat katibi Zamirə Ədilova:

"Qarabağ uğrundan 27 sentyabrdan başlanan müharibədə həm işçilərimiz, həm də məzunlarımız iştirak edirlər. 10 nəfər əməkdaşımız könüllü olaraq yağı düşmənə qarşı ön cəbhədə döyüşür”.

ADA Universitetinin mətbuat katibi Şəbnəm Məhərrəmova:

"Torpaqlarımız uğrunda canı bahasına döyüşən əsgərlərimiz arasında bizim tələbələrimiz də var. ADA kitabxanasının əməkdaşı Nurlan Ağayev, builki məzunlardan Niftəli Qasımlı, Sənan Abdullayev, Müslüm Qafarov, Əli Tağıyev, Cavid Ələkbərov və başqları torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşən ordumuzun sıralarına qoşulublar”.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli:

"Doğma vətənimiz üçün döyüşməyə könüllü yazılan işçilərimiz və məzunlarımız Ordumuzun sıralarındadır”.

Lənkəran Dövlət Universitetinin mətbuat katibi Esmira İsmayılova:

"Universitetimizin igid oğulları könüllü olaraq cəbhəyə yazılıblar. Hətta 4 işçimiz cəbhədə oğullarımızla çiyin-çiyinə döyüşür. Yaz məzunlarımız da cəbhədə döyüşənlər arasındadır. Prorektorumuz Kamran Kazımovun oğlu Vüsal Kazımov cəbhədə könüllü olaraq vuruşur”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.12.2020
Döyüş yoldaşlarını xilas etmək üçün özünü qumbaranın üstünə atan "Qumbara Tərlan" - VİDEO
01.12.2020
Prezident İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib
01.12.2020
Ermənistan Qarabağda buna görə uduzdu - Baqdasaryan
01.12.2020
İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb - VİDEO
01.12.2020
Ermənistan-Azərbaycan münaqişəsi növbəti dəfə Kolumbiya televiziyasında işıqlandırılıb