Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7211

Digər sorğular

COVID-19-dan ölümü proqnozlaşdırmaq mümkün olub

23:37  |    21 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər

“Oksford” və digər Britaniya universitetlərinin mütəxəssisləri COVID-19-dan ölümü təxmin edə biləcək alqoritm hazırlayıblar.

Qazilər.az “Report”a istinadla xəbər verir ki, bu barədə araşdırma BMJ jurnalında dərc olunub.

QCOVID alqoritmi insanlar haqqında mövcud məlumatları - onların yaşını, etnik mənsubiyyətini, xəstəlik tarixçəsini və s. “ələkdən keçirərək” kimin koronavirusu ağır formada keçirmək riskinin çox olduğunu müəyyənləşdirir.

Alqoritmin hazırlanması zamanı alimlər Britaniya xəstəxanalarındakı 19-100 yaş arası 6 milyon pasiyent, o cümlədən 4 384 COVID-19 xəstəsi haqqında məlumatlardan istifadə ediblər. Tədqiqatçılar onlar haqqındakı məlumatları (yaş, xəstəliklər, bədən kütləsi indeksi, etnik mənsubiyyət), xəstəxanada qalma müddətini və COVID-19-dan ölüm riskini müqayisə ediblər. Alınmış model aralarında 2 000-dən çox COVID-19 xəstəsi olan daha 2 milyon xəstə üzərində test edilib.

Tədqiqatçılar ölən COVID-19 xəstələrinin 70%-dən çoxunun ölüm vaxtını dəqiq şəkildə təxmin edə biliblər. Alimlər qeyd edirlər ki, model riski proqnozlaşdırmaq məqsədi daşıyır və ayrı-ayrı amillərin ona necə təsir etdiyini izah etmək məqsədi daşımır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.11.2020
Alimlər qorxulu yuxuların faydasını müəyyənləşdirdilər
27.11.2020
Həkim koronavirusdan sonra ağciyərləri bərpa etməyin yolunu göstərdi
27.11.2020
Koronavirusdan sonra ağciyərləri bərpa etməyin yolu
27.11.2020
Çindən növbəti İDDİA: Koronavirusun yayılma mənbəyi Avropadır
27.11.2020
Koronavirusun daha bir fəsadı - dişlər tökülür