Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7213

Digər sorğular

Koronavirusa yoluxanlarda sonradan hansı fəsadlar ola bilər?

00:11  |    21 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər

Koronavirusa yoluxan şəxslərdə sonradan bir sıra fəsadlar, o cümlədən əqli inkişafda problem yarana bilər.

Qazilər.az xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi katibi, pulmonoloq Gülzar Əliyeva bildirib.

O qeyd edib ki, lakin bu, hər bir yoluxanda müşahidə edilmir, belə halların rastgəlmə faizi aşağıdır:

“Bəzən deyirlər ki, koronavirus ağciyərləri zədələyir, amma əslində bu virus bütün orqanların fəaliyyətinə - qan-damar, sinir sisteminə təsir edə, müqavimət sistemini poza bilər. Bu virusun o qədər geniş spektrli kliniki simptomları var ki, demək olmaz ki, bu şablon əlamətlər hər xəstədə koronavirusa aiddir. Asimptomatik koronavirusdan ən ağır gedişli koronaviruslara qədər rast gəlirik. Müşahidə olunan əlamətlərə əzginlik, əzələlərdə döyülmə hissinin olması, adi qrip, soyuqdəymə, tərləmə əlamətləri, boğaz ağrıları, temperatur və s. aid ola bilər. Lakin bir çox “COVID” xəstələrində temperatur müşahidə edilmir. Hər hansı qeyri-adi simptomun ortaya çıxmasına görə diqqəti daha da artırmalı, insanlar həm özlərini, həm də ətrafdakıları qorumalıdırlar”.

G.Əliyeva bildirib ki, bu virus yayılan ilk dövrlər daha çox yaşlı insanları zədələyirdi. Lakin hazırda yaşlılar, xəstəliyi olanlarla yanaşı, heç bir xəstəliyi olmayan insanlar da “COVID”ə yoluxur:

“Uşaqlar xəstəliyi yüngül keçirdiklərindən heç kim onlara fikir vermirdi, onlar get-gedə yaxınlarını da yoluxdururdular. Əvvəllər daha çox yanaşı xəstəliyi olanlar bu virusa yoluxurdusa, artıq faktlar göstərir ki, heç bir yanaşı xəstəliyi olmayan, sağlam insan da zədələnə bilər. Sadəcə həmin insanın bir faktoru, məsələn, xroniki yorğunluq, düzgün qidalanmama və sair olmalıdır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.11.2020
Alimlər qorxulu yuxuların faydasını müəyyənləşdirdilər
27.11.2020
Həkim koronavirusdan sonra ağciyərləri bərpa etməyin yolunu göstərdi
27.11.2020
Koronavirusdan sonra ağciyərləri bərpa etməyin yolu
27.11.2020
Çindən növbəti İDDİA: Koronavirusun yayılma mənbəyi Avropadır
27.11.2020
Koronavirusun daha bir fəsadı - dişlər tökülür