Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7213

Digər sorğular

Mərkəzi Bankın sədri milli iqtisadiyyatın vəziyyətini açıqladı

21:45  |    20 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər

“Bu ilin əvvəlində biz gözlənilmədən çox ciddi xarici şoklarla üz-üzə gəldik”.

“Report” xəbər verir ki, bunu AzTV-nin efirində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

"Bütövlükdə koronavirus (COVID-19) pandemiyası, iqtisadi fəaliyyətin məhdudlaşdırılması, neft qiymətlərinin aşağı düşməsi, neft hasilatının azalması ilə bağlı OPEC+ sazişinə qoşulmağımız və sentyabr ayından Ermənistanın hərbi təcavüzü, təbii olaraq iqtisadiyyat üçün ciddi sınaq, ciddi şokdur. Ancaq hazırda iqtisadi terminologiya ilə desək, milli iqtisadiyyat ideal ştorm vəziyyətindədir.

Lakin vaxtında görülən tədbirlər, atılan addımlar bu gün imkan verir ki, Azərbaycan bu şokları minimallaşdırsın. Bu gün bizim iqtisadiyyatımız özünü normal hiss edir və biz tam olaraq makroiqtisadi sabitliyi qoruya bilmişik. İllik inflyasiya 3%-dən aşağıdır, milli valyutamız başqa ölkələrin valyutalarından fərqli olaraq sabitliyini qoruyub saxlaya bildi. ÜDM-nin baza sahələrində həm sənayə, həm də kənd təsərrüfatına əhəmiyyətli artıma nail olduq. Biz makroiqtisadi sabitliyi saxlamaqla və iş yerlərini qorumaqla, bütövlükdə gələn il iqtisadi artımı bərpa etmək və sürətləndirmək üçün yaxşı bir plastarm saxlamışıq” - o qeyd edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.11.2020
Bu il əhali abonentlərinin 90 %-dən çoxu qazda güzəştli limiti keçməyib
16.11.2020
Qobuda 1 000-dən çox fərdi evə qaz verilib
14.11.2020
Naxçıvan quru yolu BTQ dəhlizini 343 km qısaldacaq
14.11.2020
Məcburi köçkünlər daha 3 il müavinət alacaqlar
13.11.2020
Ermənistanın ödəyəcəyi təzminat 50 milyarddan da çoxdur - EKSPERT