Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7145

Digər sorğular

Prezident ermənilərə səsləndi: “Uşaqlarınızı bizim torpaqlara buraxmayın”

16:17  |    17 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər

“Ermənistan xalqına müraciət etmişdim, yenə edirəm. Uşaqlarınızı bizim torpaqlara buraxmayın. Onların Azərbaycan torpağında nə işi var?”

Qazilər.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV telekanalı vasitəsilə xalqa müraciətində deyib.

Prezident bildirib ki, Ermənistanın hərbi komissarlıqlarında mitinqlər təşkil olunur:

“Ermənistanda analar yolları kəsir, qoymur ki, uşaqları getsin, başqa ölkənin torpağında ölsün. Erməni xalqına müraciət etmişdim, yenə edirəm. Qoymayın uşaqlarınızı bizim torpaqlarımıza. Nə işi var onların Azərbaycan torpaqlarında? Bizim sizinlə işimiz yoxdur, öz ölkənizdə yaşayın. Bizim torpaqlarımızdan çıxın.

Biz haqlıyıq, ədalət yolundayıq. Bizim savaşımız müqəddəs savaşdır. Biz döyüş meydanında öz gücümüzü həm düşmənə, həm bütün dünyaya göstərdik. Biz öz torpağımız uğrunda döyüşürük və öz torpaqlarımız uğrunda şəhid veririk.

Döyüş meydanında göstərdiyimiz gücün mənbəyi xalqımızın iradəsidir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, bu tarixi günləri görə bildi. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm.

Bundan sonra da öz fəaliyyətimdə, ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gələni edəcəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Biz öz torpağımızda vuruşub, öz ərazi bütövlüyümüzü bərpa edirik”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.10.2020
"Arutunyanın Putinə məktubu etik normalardan kənardır"
23.10.2020
Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir - RƏSMİ
23.10.2020
Azərbaycan xüsusi təyinatlılarının məhv edilməsi Ermənistanın xülyasıdır - RƏSMİ
23.10.2020
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23.10.2020
Daha 6 rayonda ictimai nəqliyyatın hərəkəti dayandırılır - QƏRAR