Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7149

Digər sorğular

Mehriban Əliyeva Gəncədə törədilən terrorla bağlı paylaşım etdi - FOTO

15:33  |    17 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər

Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində faşist Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşım edilib.

Paylaşımda deyilir:

"Nə dərəcədə insanlıqdan uzaq, yırtıcı olmalısan ki, şəhərin heç bir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecə vaxtı, sakinlər yatarkən raket zərbələri endirilməsi barədə növbəti dəfə əmr verəsən?

Bu gecə Gəncəyə xaincəsinə edilən hücum təkcə Ermənistan hakimiyyətinin faşist mahiyyətinə və onun prinsipsizliyinə dəlalət etmir, həm də təcavüzkarın Azərbaycan Ordusu qarşısında total acizliyinin təzahürüdür.

Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir. Bu cinayətə laqeyd qalmaq isə onun iştirakçısına çevrilmək deməkdir!

Bu faciə nəticəsində həlak olanların ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verirəm və bütün yaralıların tezliklə sağalmasını arzulayıram.

Ulu Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.10.2020
Ombudsman: "Ermənistan uşaqları müharibəyə cəlb edir"
25.10.2020
Hikmət Hacıyev: “Nur içində yat, Dmitri!” - FOTO
25.10.2020
Prezidentin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib
25.10.2020
Ermənistan ordusu Goranboyun Meşəli kəndinə qadağan olunmuş raket atıb
25.10.2020
Rusiya ordusu Ermənistan-Azərbaycan sərhədində yerləşdirildi - FOTO