Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7145

Digər sorğular

Prezident: "İstənilən yolla torpağı alacağıq, hər kəs bunu bilsin!"

11:55  |    17 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər

“Baxın, onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin başınıza dəysin. Bu ad cəhənnəmə getsin. Bu ad yoxdur artıq. Madagiz adı da yoxdur. Suqovuşandır. Başqa bizim tarixi adlarımızı da bərpa edəcəyik”.

Qazilər.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

“Şuşaya dırnaqarası qurumun parlamentini köçürdürdün bəs, get köçür, görüm necə köçürəcəksən. Bu saxta, quldur dəstə başçısının dırnaqarası andiçmə mərasimi keçirilən yer nə gündə oldu, darmadağın etmişik oranı, darmadağın! 7 şərt qoyurdun bizim qarşımızda, ultimatumla danışırdın. Görüm, hansı şərti qoyursan?! Nə oldu bəs? Onun-bunun ətəyindən yapışıb, yıxılıb onun-bunun ayağının altında imdad diləyirsən ki, Azərbaycanı durdurun, Azərbaycana deyin ki, dayansın. Çıx torpağımızdan, dayanaq, rədd ol torpağımızdan, dayanaq. Mən bunu demişəm, gizlətmirəm. Azərbaycan xalqı da bunu deyir. Hər gün bunu deyirəm. Çıx, de ki, sabah mən buradan çıxıram – dayanırıq. Bizə qan tökmək lazım deyil, bizə torpaq lazımdır. İstənilən yolla bu torpağı biz alacağıq. Hər kəs bunu bilsin!”, - Prezident vurğulayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.10.2020
"Arutunyanın Putinə məktubu etik normalardan kənardır"
23.10.2020
Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir - RƏSMİ
23.10.2020
Azərbaycan xüsusi təyinatlılarının məhv edilməsi Ermənistanın xülyasıdır - RƏSMİ
23.10.2020
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23.10.2020
Daha 6 rayonda ictimai nəqliyyatın hərəkəti dayandırılır - QƏRAR